İran Küveytdə bu hədəfləri vurdu

İran Küveytdə bu hədəfləri vurdu
12.07.2026 20:54 Dünya

İranın Küveytin ərazi sularında yerləşən Küveyt Neft Şirkətinə məxsus dəniz qazma platformasına zərbə endirdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, platformada ABŞ-nin ExxonMobil şirkəti də fəaliyyət göstərir. Hücum nəticəsində qurğuya maddi ziyan dəyib.

Bildirilib ki, pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum zamanı bir əməkdaş yaralanıb.