Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı

Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı
02.06.2026 21:40 Dünya

Hörmüz boğazının blokadası nəticəsində neft qiymətlərinin artması ən həssas iqtisadiyyatlara ciddi zərbə vuracaq və təxminən bir milyard insanın həyatına təsir göstərəcək.

TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən hazırlanmış hesabatda qeyd olunub.

Məlumata görə, dünyanın ən həssas 75 iqtisadiyyatından, o cümlədən ən az inkişaf etmiş ölkələr və kiçik ada dövlətlərindən 65-i neft idxalından asılıdır. Bu ölkələr üçün enerji daşıyıcılarının bahalaşması xərclərin artmasına səbəb olacaq və onları yanacaq ödənişləri ilə əsas dövlət xidmətlərinə investisiyalar arasında çətin seçim qarşısında qoyacaq.

UNCTAD-ın rəsmi nümayəndəsi Marselo Risi bildirib ki, bu vəziyyət 983 milyon insana təsir göstərə bilər.

"Onların üçdə biri gündə 3 dollardan az gəlirlə yoxsulluq həddində yaşayır", - deyə o vurğulayıb.

Təşkilatın hesablamalarına əsasən, neft qiymətlərinin 50% yüksək səviyyədə qalacağı təqdirdə, iqtisadi cəhətdən həssas ölkələrin neft idxalı üzrə illik xərcləri 20 milyard dollar arta bilər.

Bundan başqa, neftin bahalaşması inflyasiyanı sürətləndirəcək, hətta xalis neft ixracatçısı olan ölkələrə də təsir göstərəcək və qlobal iqtisadi artımın zəifləməsinə səbəb olacaq. Eyni zamanda, neft idxalına çəkilən əlavə xərclər büdcə kəsirini dərinləşdirə, milli valyutaların məzənnəsini zəiflədə, faiz dərəcələrini yüksəldə və kredit şərtlərini sərtləşdirə bilər.

Xatırladaq ki, aprelin 13-də İranla uğursuz danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının blokadaya alındığını bəyan etmişdi. Dünyanın əsas neft marşrutlarından biri hesab olunan bu boğazdan dəniz yolu ilə qlobal neft ixracının təxminən 20-30%-i həyata keçirilir.

Bunun fonunda neftin qiyməti bir barel üçün 100 dolları keçib və bu vəziyyətin qlobal iqtisadi böhran riskini artırdığı bildirilir.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 Bütün Xəbərlər