Hörmüz boğazının bağlanması qlobal aclığa səbəb olacaq

Hörmüz boğazının bağlanması qlobal aclığa səbəb olacaq
24.03.2026 15:27 Dünya

"Hörmüz boğazının bağlı qalması Sudan, Cənubi Sudan, Əfqanıstan, Yəmən və Somali də daxil olmaqla, aclıqdan əziyyət çəkən ölkələrdə vəziyyəti daha da pisləşdirəcək".

TodayPress TV xəbər verir ki, bu barədə BMT-nin Layihə Xidmətləri Ofisinin icraçı direktoru Xorxe Moreyra da Silva məlumat verib.

BMT rəsmisinin sözlərinə görə, Yaxın Şərqdəki gərginliyin nəticələri münaqişədən təsirlənən ölkələrin sərhədlərindən çox kənara çıxır. O hesab edir ki, Hörmüz boğazının bağlanmasının ən ciddi nəticələrini Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələri hiss edəcək.

“Hörmüz boğazında fəaliyyətin pozulması enerji resurslarının tədarükünü təhlükə altına qoyur. Bu isə gübrə bazarına təsir edir, aclıq və ya ərzaq qeyri-sabitliyi səviyyəsinin yüksək olduğu ölkələrdə ərzaq təhlükəsizliyinə təhdid yaradır, bura xüsusən də Sudan, Cənubi Sudan, Əfqanıstan, Yəmən və Somali daxildir”, - BMT nümayəndəsi qeyd edib.

Da Silva əlavə edib ki, bir il ərzində dünyada aclıqdan əziyyət çəkən insanların sayı on milyonlarla artacaq.

XƏBƏR LENTİ
30 IYUL 2026
Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 Bütün Xəbərlər