Hakan Fidan Suriya Əhməd Əl Şəraa ilə görüşdü

Hakan Fidan Suriya Əhməd Əl Şəraa ilə görüşdü
08.08.2025 06:00 Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın paytaxtı Dəməşqə səfəri çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Türkiyənin Suriyanın şimal-şərqindən qaynaqlanan milli təhlükəsizlik problemlərinin, həmçinin Suriyanın ərazi bütövlüyünün və birliyinin qorunub saxlanılmasının hər zamankindən daha mühüm olduğu bir dövrdə terror təşkilatları, xüsusilə də İŞİD və PKK/YPG ilə mübarizədə iki ölkə arasında əməkdaşlıq müzakirə olunub.

"Hər dəfə səfər etdiyim zaman mən şəxsən Suriyanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri müşahidə edirəm. Bu gün cənab Əl Şəraa ilə görüşdə biz bir çox məsələləri, o cümlədən ticarət, investisiya, nəqliyyat və enerji məsələlərini müzakirə etdik. Suriyanın yenidən qurulmasına yönələn potensial ikitərəfli və regional addımları qiymətləndirdik. Görüş zamanı təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirildi. Suriyanın suverenliyinə və siyasi vahidliyinə qarşı həm daxili, həm də xarici təhdidləri müzakirə etdik", - Fidan öz “X” hesabında yazıb.

XƏBƏR LENTİ
30 IYUL 2026
Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 Bütün Xəbərlər