Fon der Lyayen: “Avropa öz yerini qorumaq üçün mübarizə aparmalıdır”

Fon der Lyayen: “Avropa öz yerini qorumaq üçün mübarizə aparmalıdır”
10.09.2025 13:05 Dünya

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa Parlamentində illik çıxışı zamanı bildirib ki, Avropa gücə əsaslanan yeni dünya nizamında öz yerini qorumaq uğrunda mübarizə aparmalıdır.

TodayPress TV xəbər verir ki, bu barədə o, Avropa Parlamentində "Avropa İttifaqının (Aİ) vəziyyəti" adlı illik çıxışı zamanı məlumat verib.

Fon der Lyayen Rusiyanın Ukraynanın qərbinə hücumu zamanı 10-dan çox “Şahed” tipli Rusiya dronunun Polşa hava məkanını pozduğunu qeyd edərək, bu halı “məsuliyyətsiz və görünməmiş” bir təxribat adlandırıb, o cümlədən Polşaya tam həmrəylik ifadə edib.

O, Aİ-nin Rusiya ilə sərhəddə yerləşən üzv ölkələrdə müşahidəni gücləndirmək üçün yeni “Şərq cəbhəsinə nəzarət” proqramı başlatdığını da elan edib.

"Avropa öz ərazisinin hər qarışını müdafiə edəcək", - deyə Komissiya rəhbəri vurğulayıb.

O, həmçinin Aİ-nin Ukrayna ordusunun hərbi imkanlarını artırmaq məqsədilə “Keyfiyyətli Hərbi Üstünlük” proqramı təklif edəcəyini bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
26 IYUN 2026
Apple “VKontakte” tətbiqlərinin App Store-dan silinməsini sanksiyalarla izah etdi 21:13 DÇ-2026: Fildişi Sahili qələbə qazandı, Kurasao mundialla vidalaşdı 02:04 DÇ-2026: Ekvadora məğlub olan Almaniya qrupu lider kimi tamamladı 02:02 İllüzionist Hidden müəmmalı şəraitdə yoxa çıxdı 20:40 ABŞ Venesuelaya 150 milyon dollar ayıracaq 01:34 Ulduz futbolçudan gözlənilməz qərar: Millidəki karyerasını başa vurdu 23:43 Fransız futbolçu boğularaq öldü 23:23 Göygöldə "QAZel" yeddi yaşlı uşağı vurdu 23:36 Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi 00:22 Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür 00:12 Rubio İran üçün investisiya fondu iddialarını təkzib etdi 23:43 Pavel Durov Gürcüstana səfər etdi 23:32 ABŞ artıq neytral vasitəçi deyil - Makron 23:37 Taekvondoçumuz beynəlxalq turnirdə qızıl medal qazandı 23:20 İlham Əliyev Azərbaycan Ordusu ilə bağlı paylaşım etdi 23:11 İsrail Prezidentinin helikopteri quşlarla toqquşdu 22:45 Zelenski TƏSDİQLƏDİ - Müharibənin taleyini dəyişəcək 40 gün! 22:54 Sertifikasiya imtahanında iştirak edən müəllimlərin sayı açıqlandı 21:29 BMT dənizçilərin təxliyəsi planını DAYANDIRDI - Səbəb nədir? 22:36 Ermənistana növbəti dəfə 26 vaqon yanacaq göndəriləcək 21:58 Venesuelada ölənlərin son sayı açıqlandı 22:16 Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək 22:16 Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım olundu 22:08 Aİ-yə ağır maliyyə yükü: İldə 3 milyard avro faiz ödənəcək 21:19 Messi-Ronaldo dueli qapıda: Hər şey son turdan asılıdır 21:53 Bütün Xəbərlər