Finlandiya və Böyük Britaniya Rusiya sərhədi yaxınlığında təlimlər keçirir

Finlandiya və Böyük Britaniya Rusiya sərhədi yaxınlığında təlimlər keçirir
29.11.2025 23:00 Dünya

Finlandiya Kareliya Respublikası (Rusiya) ilə sərhəddə yerləşən Kaynuu regionunda Böyük Britaniya ilə birlikdə "Northern Axe 25" ("Şimal baltası 25") adlı hərbi təlimlər keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə Finlandiyanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Təlimlər 29 noyabrdan 5 dekabradək davam edəcək. Manevrlərdə Finlandiyadan təxminən 600-ü ehtiyatda olmaqla 3 min hərbi qulluqçu və Böyük Britaniya hərbçiləri iştirak edir. Təxminən 600 ədəd texnika, o cümlədən tanklar və nəqliyyat helikopterləri təlimlərə cəlb olunub.

Təlimlərin məqsədi müdafiə bacarıqlarının, düşmənin hücumunun qarşısının alınmasının və gecə döyüşlərinin məşqidir. Xüsusi diqqət müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə və pilotsuz uçuş aparatlarının istifadəsinə yönəldilib.

Bundan əvvəl noyabrın 22-də Aralıq dənizində, İtaliya sahillərində genişmiqyaslı "Neptune Strike" təlimləri başlayıb. Bu manevrlərdə ABŞ və Böyük Britaniya, Yunanıstan, Polşa, Türkiyə də daxil olmaqla NATO-nun doqquz ölkəsi iştirak edir.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 Bütün Xəbərlər