Ərdoğan yeni enerji planını açıqladı: Hasilat 45 milyon kubmetrə çatacaq

Ərdoğan yeni enerji planını açıqladı: Hasilat 45 milyon kubmetrə çatacaq
22.05.2026 21:30 Dünya

İkisi Azərbaycandan, ikisi Rusiyadan, biri isə İrandan olmaqla, ümumilikdə 5 boru kəməri ilə Türkiyəni Avropanın ən güclü enerji mərkəzlərindən birinə çevirdik. Son 10 ildə enerji sektoruna çox böyük investisiyalar yatırdıq. Türkiyə artıq 39 ölkədən, 50-dən çox şirkətdən təbii qaz tədarük edən nəhəng enerji infrastrukturuna malikdir.

TodayPress TV xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan II İstanbul Təbii Sərvətlər Zirvəsində çıxışı zamanı bildirib.

Türkiyənin dünya boru ehtiyatlarının 73 faizinə sahib olduğunu vurğulayan Prezident Ərdoğan

Sakarya Qaz Yatağında gündəlik hasilatın 9,5 milyon kubmetrə çatdığını qeyd edib.

“Təkcə Qara dənizdə deyil, Qabar bölgəsində də tarix yazdıq. Daxili neft hasilatımızın 44 faizi Qabardan əldə olunur. Bu gün bu bölgədən əldə edilən hasilat Türkiyənin enerji təchizatının təhlükəsizliyinə çox böyük töhfə verir. 2028-ci ildə ikinci üzən hasilat platformasının istismara verilməsi ilə istehsal 45 milyon kubmetrə çatacaq. Cümhuriyyət tarixinin ən böyüyük neft kəşfini isə Şırnakda etdik. Onilliklər boyunca terrorla anılan bu bölgələr bu gün investisiya və məşğulluqla yadda qalır. Uzun illər istifadəsiz qalan ərazilərdə turizm artır, kənd təsərrüfatı inkişaf edir. Diyarbəkirdə 4 sahə müəyyən edilib. Qarşıdakı 3 il ərzində daha 24 quyuda iş aparmağı planlaşdırırıq”, - deyə Türkiyə lideri vurğulayıb.

Türkiyənin qlobal enerji diplomatiyasında da ön sıralarda olduğunu qeyd edən ölkə başçısı deyib: "Somalinin ərazi sularında apardığımız kəşfiyyat işləri Türkiyənin xaricdə həyata keçirdiyi ilk dərin dəniz qazması olmaq baxımından tarixi əhəmiyyət daşıyır. İqlim şərtləri əlverişli olacağı təqdirdə Somalidəki qazma işləri 6–9 ay ərzində tamamlanacaq".

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 Bütün Xəbərlər