Əraqçi: Türkiyə İranı parçalanmaqdan xilas edib
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, 40 günlük müharibə zamanı Türkiyə İranın parçalanmasına yönəlmiş planın həyata keçirilməsinin qarşısını almaqda mühüm rol oynayıb.
TodayPress TV xəbər verir ki, Əraqçinin sözlərinə görə, Ankara Şimali İraqda fəaliyyət göstərən kürd silahlı qruplarının İrana daxil olmasına mane olub və bununla da ölkənin parçalanmasına yönəlmiş ssenarilərin reallaşmasına imkan verməyib.
Onun sözlərinə görə, müharibənin dördüncü günündə ABŞ prezidenti Donald Tramp Şimali İraqda İrana qarşı fəaliyyət göstərən kürd silahlı qruplaşmalarının liderləri ilə əlaqə saxlayaraq onların İrana qurudan daxil olmasını dəstəkləyib.
Əraqçı əlavə edib ki, bu məlumatı aldıqdan sonra o, İraq Kürdüstan Regional Hökumətinin rəsmiləri, İraqın Baş naziri və Türkiyənin xarici işlər naziri Hakan Fidanla əlaqə saxlayaraq Tehranın narahatlıqlarını onlara çatdırıb.
Nicat Osmanlı