El Pais: ABŞ Avropa ilə uzunmüddətli ittifaqını bu il pozdu

El Pais: ABŞ Avropa ilə uzunmüddətli ittifaqını bu il pozdu
28.12.2025 15:45 Dünya

2025-ci ildə ABŞ Avropa ilə uzunmüddətli ittifaqını pozub.

TodayPress TV xəbər verir ki, bu fikir İspaniyanın "El Pais" qəzetində dərc olunan məqalədə səsləndirilib.

Məqalə müəllifi yazır ki, geriyə baxdıqda, ötən ili dövrümüzün simvoluna çevirən tək bir xəbər kifayətdir: 2025-ci ildə ABŞ Avropa ilə səksən illik uzunmüddətli ittifaqını pozub və bu, ehtimal ki, tarixdəki ən uzunmüddətli müttəfiqlik münasibətlərindən biri olub. Yazıda qeyd olunur ki, Amerika qoşunları hələlik çamadanlarını yığmayıb və heç bir hərbi bazanı bağlamayıb. Şimali Atlantika Alyansı isə kağız üzərində mövcudluğunu qoruyur. Bununla belə, vurğulanır ki, ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddəti Avropaya qarşı düşmən mövqe və Rusiya ilə yaxınlaşma ilə xarakterizə olunur.

Qəzet həmçinin bildirir ki, hazırkı mərhələdə Şimali Atlantika Müqaviləsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin real mexanizm olub-olmadığı və ya sadəcə boş bəyanat olaraq qalıb-qalmadığı sual altındadır.

Dekabrın 5-də dərc edilmiş ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında Avropanın 20 ildən sonra tanınmaz hala düşə biləcəyi və Avropa İttifaqının, eləcə də digər fövqəlmilli strukturların dağıdıcı siyasəti səbəbindən sivilizasiya kimi məhv olmaq həddinə çatacağı ilə bağlı narahatlıq ifadə olunur. ABŞ administrasiyasında bu kontekstdə bəzi Avropa ölkələrinin gələcəkdə ABŞ üçün etibarlı müttəfiq olaraq qalmaq üçün kifayət qədər iqtisadi və hərbi potensiala malik olub-olmayacağına dair şübhələr səsləndirilib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər