Çin Rusiyanın tamamilə çökməsini gözləməyə başladı - VİDEO

Çin Rusiyanın tamamilə çökməsini gözləməyə başladı - VİDEO
16.07.2026 12:55 Dünya

Çin və Rusiya arasında illərdir vurğulanan "məhdudiyyətsiz tərəfdaşlıq" anlayışının reallıqda ciddi sınaq qarşısında olduğu bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə  "Meduza" yazıb.

Nəşrin məlumatına görə, Pekin Moskvanı bərabərhüquqlu tərəfdaş kimi deyil, getdikcə daha çox iqtisadi cəhətdən asılı vəziyyətə düşən ölkə kimi qiymətləndirir.

Nəşr yazır ki, hazırda Çin Rusiyanın xarici ticarətinin təxminən 40 faizinə nəzarət edir. Buna qarşılıq isə Rusiya Çinin ümumi xarici ticarətində 4 faizdən də az paya malikdir. Bu da iki ölkə arasındakı iqtisadi münasibətlərdə əsas üstünlüyün Pekinin əlində olduğunu göstərir.

Qeyd olunur ki, Çin Rusiya üçün strateji əhəmiyyət daşıyan "Sibirin Gücü-2" qaz kəməri layihəsinin reallaşmasına tələsmir və qazı daxili Çin bazarındakı qiymətlərlə almaqda israr edir.

Analitiklərin fikrincə, Pekin Moskvanın daha da zəifləməsini gözləyərək daha sərfəli şərtlər əldə etməyə çalışır.

Məqalədə vurğulanır ki, Vladimir Putinin formalaşdırmağa çalışdığı "çoxqütblü dünya" modelində Rusiya gözlənildiyi kimi aparıcı gücə çevrilməyib. Əksinə, Moskvanın getdikcə Pekindən daha çox asılı vəziyyətə düşdüyü, yuanın istifadəsini genişləndirməyə məcbur qaldığı və Çinin artıq Rusiyanın gələcək siyasi elitası ilə əlaqələri gücləndirdiyi bildirilir.

Müəllifin qənaətinə görə, mövcud dinamika davam edərsə, Rusiya qlobal güc statusundan uzaqlaşaraq Çinin əsas xammal və resurs təminatçılarından birinə çevrilə bilər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
27 IYUL 2026
Püşk atıldı! Azərbaycan güləşçilərini dünya çempionatında kimlər gözləyir? 23:49 Trampı bu məsləhət fikrindən daşındırdı? – İrana zərbələrlə bağlı diqqətçəkən iddia 23:44 Dənizdə ölümcül hücum: Qarğıdalı daşıyan gəmi batdı, çoxsaylı itki var 23:39 Rusiya bombaları məktəb və yaşayış binalarını vurdu - VİDEO 23:22 Fransanın BMT-dəki qərarı ABŞ-ni qəzəbləndirdi 22:49 Rumıniya Rusiya səfirini təcili XİN-ə çağırdı - SƏBƏB 22:10 Erməni güləşçilər Bakıya gəldi 22:02 Tramp adını daşıyan magistralla bağlı arzusunu açıqladı 21:26 FHN-dən əhaliyə XƏBƏRDARLIQ - Bu günlərdə diqqətli olun! 20:44 TƏCİLİ: Əraqçi və Lavrov telefonla danışdı 20:49 Füzulidə keçirilən aerokosmik festival böyük maraqla qarşılandı - FOTOLAR 20:22 “Ukraynanın ərazi bütövlüyünü yalnız biz qoruyurduq” - Putin 20:02 Putin müharibənin məsuliyyətini “öz çiyinlərindən atdı” 19:40 Bakıda temperatur enəcək 19:23 Putin əmr verdi - “Piratlarla belə mübarizə aparın!” 19:01 Meteohəssas insanların NƏZƏRİNƏ! Sabah hava… 18:41 İran yalnız bu şərtlərlə razılaşa bilər - AÇIQLANDI 18:17 Xəzərdə vurulan gəmidə nə var idi? - Ukrayna AÇIQLADI 17:58 TƏCİLİ: ABŞ Yaxın Şərqə hərbi texnika göndərir - FOTO 17:36 Suriya liderindən dünyaya xəbərdarlıq: “Bu dəfə məzhəb savaşı başlaya bilər” 17:11 Gərginlik artır: İran Ukraynanı hədələdi 16:51 Ukraynada yeni baş komandanın adından yayılan bu xəbər SAXTA İMİŞ 16:33 Ərdoğandan İspaniyaya təcili yardım 16:07 18 yaşına çatanlar ölkəni tərk etməlidir – Putindən miqrantlarla bağlı yeni qərar 15:47 Vaşinqtonun addımından sonra Tehran mühüm qərar verdi 15:26 Bütün Xəbərlər