Bundestaq yeni hərbi xidmət qanununu qəbul etdi

Bundestaq yeni hərbi xidmət qanununu qəbul etdi
05.12.2025 15:15 Dünya

Almaniya parlamenti (Bundestaq) uzun və gərgin müzakirələrdən sonra bugünkü iclasında yeni hərbi xidmət haqqında qanunu qəbul edib.

TodayPress TV  xəbər verir ki, yeni qanun 2008-ci il təvəllüdlü gənclərdən başlayaraq kişilər üçün məcburi tibbi müayinənin tətbiqini nəzərdə tutur. Lakin hərbi xidmətə getmək könüllülük əsasında həyata keçiriləcək. Bu proses 2027-ci ilin iyulun 1-dən sonra başlayacaq. Almaniya Silahlı Qüvvələri (Bundesver) həmin vaxta qədər prosesi həyata keçirmək üçün lazımi infrastrukturu formalaşdırmalıdır.

Müdafiə naziri Boris Pistorius parlamentdəki müzakirələrdəki çıxışında Almaniyanın artıq Avropada müdafiənin lokomotivinə çevrildiyini qeyd edərək hərbi xidmətin modernləşdirilməsi haqqında qanunla ölkənin müdafiə qabiliyyətinin artırılması üçün daha bir həlledici addımın atıldığını bildirib. “Bu hərbi xidmət könüllüdür və hər şey bizim düşündüyümüz kimi yaxşı gedərsə, belə də qalacaq. Amma əgər bu, kifayət etməsə və təhlükəli vəziyyət bu templə və ya daha ağır şəkildə inkişaf edərsə, ölkəni qoruya bilmək üçün qismən məcburi hərbi öhdəlikdən yan keçə bilməyəcəyik”, - deyə nazir vurğulayıb.

“Zeit” nəşrinin  məlumatına görə, Rusiyadan gələn təhlükənin artması fonunda NATO çərçivəsində razılaşdırılmış öhdəlikləri yerinə yetirmək üçün Bundesverin ehtiyat qüvvələr də daxil olmaqla 460 min nəfərlik şəxsi heyətə ehtiyacı var. 2035-ci ilədək Bundesverdə təxminən 260 min aktiv hərbçinin olması nəzərdə tutulur. Bu ilin oktyabrın sonuna olan məlumata görə, hazırda aktiv şəxsi heyətin sayı 184 min nəfərdir.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 Bütün Xəbərlər