Britaniya da Fələstini tanıyacaq: Tarix açıqlandı

Britaniya da Fələstini tanıyacaq: Tarix açıqlandı
28.07.2025 16:29 Dünya

Böyük Britaniya 2029-cu ilə, yəni hazırkı parlamentin səlahiyyət müddətinin sonuna qədər Fələstin dövlətini rəsmən tanıya bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynoldz "Sky News" telekanalına verdiyi müsahibədə bildirib.

Nazir jurnalistin bu məsələnin hazırkı parlament dövründə mümkün olub-olmadığına dair sualına belə cavab verib:

“Hazırkı parlament çərçivəsində, əgər bu addım ehtiyac duyduğumuz irəliləyişi təmin etməyə kömək edəcəksə, bəli, bu mümkündür. Lakin biz bunu yalnız bir dəfə edə bilərik. Əgər bu addımı sırf simvolik xarakter daşıyacaq şəkildə atsaq, bu, münaqişənin həllinə töhfə verməyəcək”.

Qeyd edək ki, Fələstin dövlətinin tanınması məsələsi Böyük Britaniyada iyul 2024-cü il ümumi seçkilərində qalib gələn Leyboristlər Partiyasının seçki proqramında yer alıb. Lakin bu proqramda tanınmanın dəqiq vaxtı göstərilməmişdi. Baş nazir Kir Starmer isə daha əvvəl demişdi ki, Londan Fələstini “uyğun zamanda” tanıyacaq.

Töhfə Səməd 

XƏBƏR LENTİ
16 AVQUST 2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı 13:23 Həftənin ilk günü hava necə olacaq? 13:10 Şimali Koreya əsgərləri Cənubi Koreyaya keçdi - ATƏŞ AÇILDI 12:52 Sərhəd Qoşunlarının keçmiş komandanı vəfat etdi 12:36 Bakıda daş karxanasında faciə: 65 yaşlı kişi həyatını itirdi 12:15 Türkiyədə təriqət lideri saxlanıldı 11:57 İsraildən “Hizbullah”a ağır zərbə: Yüksək rütbəli komandir öldürüldü 11:45 Körfəz ölkələri ABŞ-dən üz döndərir: Gizli müzakirələr gedir 11:20 Bir nəfər kanalda batdı - Fövqəladə Hallar hərəkətə keçdi 11:04 Dnepropetrovskda ağır gecə: 20-dən çox hücum edildi 10:38 Avqustun ortasında hava dəyişdi: Leysan, şimşək… 10:21 73 illik düşmənçilik bitir - “Düşmən qardaşlar” barışır 10:00 İranda bir gündə nələr baş verdi? - DETALLAR 09:33 “Ford”un ağaca çırpılması faciə ilə bitdi - Sürücü hadisə yerində öldü 09:18 Moskvanın ən böyük logistika anbarı yanır - TƏCİLİ - VİDEO 09:04 "Liverpul" "Barselona"nın ulduzunu istəyir! 01:39 Almaniya sahillərində TƏHLÜKƏLİ MƏNZƏRƏ: Dənizi zəhərli yosunlar bürüdü 01:42 Rusiya və Suriya arasında birbaşa uçuşlar bərpa edilir 01:45 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 290-ı KEÇDİ! 01:35 19 yaşlı üzgüçü dünya rekordunu yenilədi! 00:54 "Hizbullah"dan Livana XƏBƏRDARLIQ: İsraillə danışıqları dayandırın! 01:04 Fransa yanır, Makron istirahət edir: Prezidentə qarşı etirazlar artdı! 00:47 Türkiyədə yenə PUA TAPILDI! – Bir sutkada üçüncü hadisə 01:14 Yaponiyada 5,4 maqnitudalı zəlzələ baş verdi 01:08 "İranın hava məkanına yaxın ərazidə dövrə vururlar" – Fars körfəzindəki son vəziyyət AÇIQLANDI 00:43 Bütün Xəbərlər