Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıdı

Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıdı
21.09.2025 21:05 Dünya

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün hökumətin Fələstin dövlətini rəsmən tanıdığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu addım BMT Baş Assambleyasının 80-ci sessiyasının başlanmasına iki gün qalmış atılıb.

K.Starmer hələ iyul ayında BMT Baş Assambleyası ərəfəsində İsrailin atəşkəsə razılıq, humanitar vəziyyətin yaxşılaşdırılması və uzunmüddətli sülh prosesinə sadiqlik kimi müəyyən şərtləri yerinə yetirmədiyi halda Fələstin dövlətini tanıyacağını bildirmişdi.

Sosial şəbəkələrdə yayımlanan videomüraciətdə Baş nazir Kir Starmer bildirib ki, Yaxın Şərqdə dəhşətin getdikcə artdığı bir vaxtda Britaniya sülh və “iki dövlətli həll” yolunun mümkünlüyünü yaşatmaq üçün addım atır.

“Bu, təhlükəsiz və güvənli İsrailin, eyni zamanda, yaşama qabiliyyətinə malik bir Fələstin dövlətinin mövcud olması deməkdir. Hazırda isə bunun heç biri yoxdur”, - deyə o əlavə edib.

Baş nazir vurğulayıb ki, Fələstin dövlətinin tanınması üçün an artıq yetişib: “Odur ki, bu gün sülhün və “iki dövlətli həll” yolunun ümidini diriltmək üçün bu böyük ölkənin Baş naziri olaraq açıq şəkildə bəyan edirəm ki, Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyır”.

Böyük Britaniya hökumətinin bu addımı atmasına səbəb kimi İsrailin Qəzzaya humanitar yardımın çatdırılmasının qarşısını alması, aclığın yayılması, İsrail ordusunun intensiv bombardmanları nəticəsində çoxsaylı mülki şəxsin həlak olması və şəhərin infrastrukturunun dağıdılması göstərilib. Bundan başqa, Qəzza şəhərinə genişmiqyaslı hücum və yüz minlərlə insanın köçkün vəziyyətinə düşməsi də Londonda narahatlıq doğurub.

Bu qərar İsrailin güclü etirazına və ABŞ-ın təzyiqlərinə baxmayaraq qəbul olunub. ABŞ daha əvvəl bu qərarı HƏMAS-ı mükafatlandırmaq kimi qiymətləndirib. İsrailin Baş naziri Benyamin Netanyahu isə qərarı “cihadçı terrorçulara güzəşt” adlandıraraq pisləyib.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər