Bəhreyn İraqa nota verdi

Bəhreyn İraqa  nota verdi
13.04.2026 17:55 Dünya

Bəhreyn Xarici İşlər Nazirliyi İraqın müvəqqəti işlər vəkili Əhməd əl-Qaravini nazirliyə çağıraraq, İraq ərazisindən Krallıqdakı hədəflərə qarşı həyata keçirilən davamlı dron hücumları ilə əlaqədar ona etiraz notası təqdim edib.

TodayPress TV  xəbər verir ki, bu barədə "BNA" xəbər agentliyi məlumat yayıb. 

Yayılan açıqlamada qeyd olunur ki, Manama “İraq ərazisindən Krallığa və bir neçə Körfəz Əməkdaşlıq Şurasına üzv ölkəyə qarşı həyata keçirilən davamlı cinayət xarakterli dron hücumlarını” şiddətlə qınayır və buna görə dərin qəzəb hissi keçirir.

Xarici İşlər Nazirliyi həmçinin Krallığın təhlükəsizliyini və sabitliyini qorumaq üçün “bütün zəruri tədbirləri” görmək hüququnu bir daha vurğulayıb.

Qeyd edək ki, ABŞ və İran arasında aprelin 7-də elan edilən iki həftəlik atəşkəsdən sonra Fars körfəzi regionunda, o cümlədən Səudiyyə Ərəbistanında və digər ərəb monarxiyalarında bir sıra hədəflərə qarşı dron hücumları qeydə alınıb. Məlumata görə, bu dronların bəziləri İraq ərazisindən silahlı qruplar tərəfindən buraxılıb.

TodayPress TV 

XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər