BƏƏ-də 2026-cı il “Ailə ili” elan edildi

BƏƏ-də 2026-cı il “Ailə ili” elan edildi
16.03.2026 11:19 Dünya

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ölkəsinin 2026-cı il vizyonu və milli prioritetləri barədə açıqlama verib.

TodayPress TV xəbər verir ki, səfirin məlumatına görə, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın göstərişi ilə cari il ölkədə “Ailə ili” elan olunub.

Ailə – Cəmiyyətin və İnkişafın Dayağı

Diplomat vurğulayıb ki, ailə institutu 1971-ci ildə dövlət yaradıldığı gündən bəri BƏƏ rəhbərliyinin əsas diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu siyasət BƏƏ Konstitusiyasında da öz əksini tapıb və qurucu ata Şeyx Zayed bin Sultan Əl Nəhyanın "Ailə istənilən güclü cəmiyyətin təməlidir" fəlsəfəsinə söykənir.

Səfir qeyd edib ki, heç bir sivilizasiya möhkəm ailə təməli olmadan tərəqqi edə bilməz: "Ailə ili bizə xatırladır ki, bu gün ailələrimizə göstərdiyimiz qayğı və həmrəylik daha güclü bir cəmiyyət və uşaqlarımızın arzularına layiq bir gələcək yaradacaq".

Strateji Hədəflər və "2031 Milli Gündəliyi

Məhəmməd Əl Bluşi builki təşəbbüsün xüsusi institusional  mexanizmlərlə dəstəkləndiyini diqqətə çatdırıb.

Milli Gündəlik: Təşəbbüs “Əmirlik Ailələrinin İnkişafı üzrə 2031-ci ilə qədər Milli Gündəlik” çərçivəsində həyata keçirilir.

İdarəetmə: Ailə İşləri Nazirliyi və 20-dən çox federal-yerli hökumət qurumundan ibarət işçi qrupu bu prosesdə iştirak edir.

Dəyərlərin Ötürülməsi: Əsas məqsəd əməkdaşlıq və qarşılıqlı həmrəylik kimi köklü dəyərləri gələcək nəsillərə aşılamaqdır.

Ramazan Ayının Mənəvi Təsiri

Mübarək Ramazan ayının bu təşəbbüslə üst-üstə düşməsinə toxunan səfir bu ayın ailə bağlarını möhkəmləndirmək üçün müstəsna fürsət olduğunu bildirib. İftar süfrələrinin ailə üzvlərini bir araya gətirdiyini, ünsiyyəti və birlik hissini dərinləşdirdiyini vurğulayan diplomat, Ramazanın mənəvi dəyərlərlə ictimai əlaqələri birləşdirən xüsusi bir dövr olduğunu qeyd edib.

Qiymət Mahir


XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər