Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adı açıqlandı

Bakıda Türkiyə rəsmiləri ilə görüşən generalın adı açıqlandı
17.05.2025 14:45 Dünya

Bakıda İsrail və Türkiyə rəsmilərinin yeni görüşü keçirilib. Görüşdə İsrail tərəfdən Müdafiə Ordusunun Baş Qərargahının Operativ Əməliyyatlar İdarəsinin istefaya gedən rəisi general-mayor Oded Basiuk iştirak edib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.  Qəzet İsrail ordusunun bu barədə mətbuatda gedən xəbərləri təsdiq etdiyini bildirib.

Verilən məlumata görə generalın Türkiyə rəsmiləri ilə görüşündə Suriya ilə bağlı təhlükəsizlik məsələlərini koordinasiya etdiyi qeyd olunur.

Ordu Basiukun Suriya nümayəndələri ilə görüşmədiyini də vurğulayıb.  Türkiyə tərəfini kimin təmsil etdiyi isə açıqlanmır. 

Qeyd edək ki, Bakıda İsrail və Türkiyə arasında məsləhətləşmələrin aparıldığı barədə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məlumat verib, Türkiyə Müdafiə Nazirliyindəki mənbələr isə aprel ayının 9-unda belə bir görüş keçirildiyini təsdiqləyib

Bu həftə keçirilən və dəqiq tarixi açıqlanmayan görüş İsrail-Türkiyə danışıqlarının növbəti raundudur.

Ancaq tərəflər məxfi xarakter daşıyan bu görüşlərlə bağlı geniş məlumat yaymaqdan imtina edirlər.

XƏBƏR LENTİ
30 IYUL 2026
Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Bütün Xəbərlər