Atası azərbaycanlı olan erməni cəlladın həbsinə QƏRAR verildi - DOSYE - VİDEO

Atası azərbaycanlı olan erməni cəlladın həbsinə QƏRAR verildi - DOSYE - VİDEO
12.06.2026 17:20 Dünya

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin sözçüsü AzadlıqRadiosuna bildirib ki, 1 mart işi üzrə təqsirləndirilən keçmiş müdafiə naziri Seyran Ohanyan bugünkü məhkəmə iclasına gəlməyib.

TodayPress TV Musavat.com-a istinadən xəbər verir ki, buna görə də hakim onun həbs olunmasına qərar verib.

İkinci prezident Robert Köçəryan və onun keçmiş tabeliyində olanlar 2021-ci ildə Konstitusiya Məhkəməsi Köçəryana qarşı irəli sürülən konstitusiya quruluşunu devirmək ittihamını konstitusiyaya zidd elan etdikdə bəraət qazanıblar.

Kassasiya Məhkəməsi bu qərarı ləğv edib və işi yeni istintaqa göndərib. Koçaryan və onun keçmiş tabeliyində olanlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar. Bu ittihamlar üzrə müddət bitmişdi. Ohanyan Xocalı canilərindən biridir. İşğal dövründə “Ohanyan xətti” adlanan istehkamları Ordumuz 44 gün içərisində darmadağın edib. Onun yeri Araik Aryutyunyanın, Ruben Vardanyanın, Bako Saakyanın yanıdır.

Xatırladaq ki, Azərbaycanın Hərbi Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçısı olan Ohanyan Seyran Muşeqoviçin Cinayət Məcəlləsinin 103-cü (Soyqırım) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib. Seyran Ohanyan 1962-ci il, iyulun 1-də Azərbaycanın o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Şuşa şəhərində (bəzi mənbələrə görə, Daşaltı kəndində) anadan olub. Onun atasının azərbaycanlı Surxay Mədətov olduğu bilinən faktdır. Amma rəsmi məlumatlarda deyilir ki, atası olmuş Muştaq adlı erməni Ermənistanda - Gorusda anadan olub.

Surxay Mədətovla erməni Aida Ohanyan Şuşadakı təhsil müəssisələrindən birində tanış olublar. 1961-ci ildə onlar ailə həyatı qurublar. 1969-cu ildə Seyranın atası arvadının pozğunluğuna görə Şuşa bazarında onun üzünə kislota atıb. Lakin ölməyib, müalicə olunub sağalıb. Bu hadisəyə görə atası həbs edilib, 3 illik həbsdən çıxandan sonra vərəm xəstəliyindən ölüb. Seyran Ohanyanın bacısı da Şuşada doğulub, Bakıda yaşayıb və məlum hadisələr başlayanda Moskvaya köç edib.

Ohanyan 1969-1979-cu illərdə Şuşada 2 saylı rus məktəbində təhsil alıb. 1979-cu ildə isə 10 illik təhsilinə yekun vuraraq Bakı Ali Hərbi Ümumqoşun məktəbinə qəbul olub. Ohanyan Bakıda hərbi təhsil aldığı illərdə erməni həkim qadınla evlənib. Xidmət illərinə Almaniyada SSRİ birliklərində başlayan Ohanyan sonra Gəncədə dislokasiya olunmuş 23-cü diviziyada hərbi xidmətdə olub. Sonra Xankəndidəki 366-cı motoatıcı alayda bölük komandiri təyinatı alıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçılarının Xocalıya hücumu zamanı Seyran Ohanyan 366-cı motoatıcı alayın tərkibində bu qətliamın istirakçılarından olub. 1992-ci ilin sentyabrında Xocavənd döyüşlərində ağır yaralanıb, ayağının birini itirib. O, Serj Sərkisyanla olan yaxın dostluğu sayəsində Sərkisyan prezident olandan sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi, sonra isə müdafiə naziri postuna gətirilib. 2008-ci ilin aprelindən 2016-cı ilin oktyabrınadək Ermənistanın müdafiə naziri olub.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Saatda beş ölüm: ABŞ şəhərlərinin havası haqqında şok hesabat 21:33 Alimlər yaşlılıq dövründə bəzi şəxslərin zehni aydınlığını necə qoruduğunu müəyyən etdilər 22:17 Qalibafın çıxışı yarımçıq kəsildi 01:39 Çimərlik güləşi üzrə Azərbaycan çempionatına yekun vuruldu 00:06 SON DƏQİQƏ: Pakistan və Əfqanıstan döyüşlər başladı - VİDEO 00:51 ABŞ ilə razılaşmadan sonra İran nefti bahalaşdı 00:38 Bir dövr başa çatdı: Finlandiya stasionar telefonlarla vidalaşır 22:39 Nəbih Berri: İsraillə sülh sazişinin qəbuluna imkan verməyəcəyik 23:23 UEFA “Fənərbaxça”nı cərimələdi 21:52 Venesuelada ölənlərin son sayı açıqlandı 23:16 Bu ölkələr "Hizbullah"ın maliyyə şəbəkəsinə sanksiyalar tətbiq etdi 22:32 DÇ-2026: Norveç tarixində ilk dəfə 1/8-ə çıxdı 23:02 Əli Xamenei ilə vida mərasiminə son hazırlıqlar - VİDEO 22:59 Ali Məhkəmə Trampın fərmanını rədd etdi 22:36 Rusiya XİN: ABŞ-nin Ukraynadakı hərbi-bioloji fəaliyyətinə xüsusi diqqət yetirildi 22:41 İsrailin “erməni soyqırımı” qərarına Ərdoğanın mükəmməl cavabı 22:25 Moskva vilayətində raket xəbərdarlığı elan edildi 22:28 Belarusun Müstəqillik Günü Bakıda qeyd olundu 22:13 Avropa çempionatı: Azərbaycanın cüdo millisi medallarının sayını yeddiyə çatdırdı 21:49 "Google" məhkəmədə uduzdu, media qrupları milyonlar qazandı 21:24 Rus dilinə növbəti qadağa - Siyahıdan çıxarırlar 20:48 Modi ilə Pezeşkian Yaxın Şərq və Hörmüz boğazını müzakirə etdilər - YENİLƏNİB 21:20 Venesuelada zəlzələnin acı fəsadları - Yarım milyon insan ac qala bilər... 21:15 ABŞ NATO ölkələrindən hesabat tələb edir 20:56 Bu ərazilərdə QAZ olmayacaq 20:43 Bütün Xəbərlər