“Angara-1.2” raketi orbitə buraxıldı

“Angara-1.2” raketi orbitə buraxıldı
21.08.2025 18:44 Dünya

Avqustun 21-də Rusiyanın Arxangelsk vilayətindəki Plesetsk kosmodromundan “Angara‑1.2” adlı yüngül sinif raket‑daşıyıcısı ilə kosmik aparatların orbitə buraxılması həyata keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rəsmi açıqlamada bildirilib ki, raketin buraxılışı və peyklərin hesablanmış orbitlərə yerləşdirilməsi normal rejimdə baş verib. Buraxılışdan dərhal sonra “Angara-1.2” raketi Herman Titov adına Baş Sınaq Kosmik Mərkəzinin yerüstü avtomatlaşdırılmış idarəetmə kompleksi tərəfindən nəzarətə götürülüb.

Məlumata əsasən, kosmik aparatların hədəf orbitlərə çıxarılması və Kosmik Qüvvələrin yerüstü nəzarət sistemlərinə təhvil verilməsi planlaşdırıldığı kimi həyata keçirilib. Peyklərlə sabit telemetriya əlaqəsi qurulub.

Qeyd edək ki, “Angara‑1.2” Rusiyada istehsal edilən və müxtəlif yük daşıma imkanlarına malik yeni nəsil raketlərdən biridir. Bu uğurlu buraxılış ölkənin müdafiə və kosmik imkanlarının genişləndirilməsi baxımından mühüm addım hesab olunur.

Töhfə Səməd

XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər