ABŞ zərbələrindən sonra Tehran sərt addımlara hazırlaşır

ABŞ zərbələrindən sonra Tehran sərt addımlara hazırlaşır
22.06.2025 22:15 Dünya

ABŞ-nin İrandakı nüvə obyektlərinə endirdiyi son hava zərbələrindən sonra İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvlərinin əksəriyyəti ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmasını dəstəkləyib.

TodayPress TV xəbər verir ki, bu barədə komitənin nümayəndəsi İbrahim Rəzai “Tasnim” agentliyinə açıqlama verib.

Onun sözlərinə görə, komitə üzvləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) fəaliyyətini sərt şəkildə tənqid edərək İranın bu qurumla əməkdaşlığının dayandırılması və ya tamamilə ləğv olunması çağırışı ilə çıxış ediblər. Deputatlar həmçinin növbəti parlament iclasının gündəliyinə İranın NPT-də iştirakının yenidən nəzərdən keçirilməsi və bu müqavilədən çıxmaq təklifinin salınmasını istəyiblər.

Komitənin fövqəladə iclasında İranın Atom Enerjisi Təşkilatının (AET) nümayəndəsi və Xarici İşlər Nazirliyinin müavini də iştirak edib. AET rəsmisi parlament üzvlərini əmin edib ki, ABŞ-nin Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən obyektlərə endirdiyi zərbələrdən sonra bütün zəruri təhlükəsizlik tədbirləri görülüb və hazırda vəziyyət narahatlıq doğurmur.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə “Qalxan Şir” adlı hərbi əməliyyata start verərək İranın nüvə proqramını hədəfə almışdı. Bundan dərhal sonra İran cavab zərbələri endirib. Ard-arda baş verən qarşılıqlı hücumlar nəticəsində vəziyyət daha da gərginləşib. Son olaraq, ABŞ iyunun 22-nə keçən gecə İranda yerləşən üç əsas nüvə obyektinə zərbələr endirib.

Töhfə Səməd

XƏBƏR LENTİ
11 AVQUST 2026
Kardioloq ürək üçün ən təhlükəli içkini açıqladı 23:42 31 dekabrdan sonra İraqda nə baş verəcək? SON XƏBƏRDARLIQ 23:17 “İran tamamilə müflis olub” - Hərbçilərə maaş vermirlər? 00:22 Suriyada illərdir gizlədilən nüvə materialları - ABŞ hərəkətə keçdi 00:43 Liviyada neft zavodunda güclü partlayış - VİDEO 00:50 SON DƏQİQƏ: Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNDİ 23:29 İran ABŞ-nin “zəif nöqtəsini” açıqladı - “Bu artıq asılılıqdır” 23:49 İran üçün “son şans” bitdi? Trampdan müəmmalı cavab 23:36 Azərbaycan bu ölkədən neft idxalını artırır 23:22 Rusiya Şimali Koreyadan asılı qaldı - “İlk dəfə təkbaşına müharibə apara bilmir” 23:09 Kolumbiyada can itkisi artmaqda davam edir - Son rəsmi rəqəmlər - YENİLƏNDİ 20:32 Rusiya bu ölkələrə hücuma hazırlaşır - TƏCİLİ 22:46 Pezeşkianla Xamenei görüşdə nələr danışdılar? 22:33 Tramp bu ölkələrin adlarını çəkərək İrana çağırış etdi: “Cavab verilməlidir!” 22:17 "Liverpul" "Barselona"nın müdafiəçisini icarəyə götürdü! 21:52 Sülhün birinci ildönümündə Tramp üçün tarixi təklif - BİRGƏ BƏYANAT 22:01 Abituriyentlər üçün VACİB XƏBƏR: II və III qrup üzrə dövlət sifarişi yerləri məlum oldu! 21:41 Sürücülərin DİQQƏTİNƏ! - Bakının bu 3 küçəsində hərəkət BAĞLANIR 21:35 Azərbaycan XİN Kolumbiyaya başsağlığı verdi 21:28 Odessada hərbi təyyarə YERƏ DÜŞDÜ, pilot son anda xilas oldu! 21:25 ABŞ-də 175 mindən çox viza LƏĞV EDİLDİ 21:17 İraqda 6 milyon silah qeydiyyata alındı, 71 saxta mərkəz bağlandı 21:05 İran və Oman Hörmüz boğazında təhlükəsiz keçidi müzakirə edir 20:57 Tramp Tehrana ŞƏRT QOYDU: "İran öldürdüyü insanlara görə təzminat ödəsin!" 20:47 Nijnekamska PUA HÜCUMU: Özbəkistanın 7 vətəndaşı həlak oldu 20:40 Bütün Xəbərlər