ABŞ və Çin yeni ticarət razılaşması ilə qlobal gərginliyi azaldır

ABŞ və Çin yeni ticarət razılaşması ilə qlobal gərginliyi azaldır
27.10.2025 14:45 Dünya

ABŞ və Çin ticarət müharibəsi fonunda çərçivə ticarət razılaşmasına nail olublar.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent bəyan edib.

O bildirib ki, Vaşinqton və Pekin noyabrın 1-də tətbiqi planlaşdırılan 100%-lik rüsumların qarşısını almağa imkan verəcək çərçivə ticarət razılaşması hazırlayıblar.

“Prezident Tramp mənə noyabrın 1-dən etibarən 100%-lik rüsumların tətbiqi ilə hədələyərək danışıqlarda ciddi təsir vasitələri verdi. Mən hesab edirəm ki, biz bu addımın qarşısını almağa və Çin tərəfi ilə bir çox digər məsələləri müzakirə etməyə imkan verəcək möhkəm bir əsas əldə etmişik", - deyə Bessent qeyd edib.

Onun sözlərinə görə, tərəflər artıq ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçiriləcək qarşıdakı görüş üçün baza formalaşdırıblar. Həmin görüşdə liderlər gələcək sazişin yekun şərtlərini müzakirə edəcəklər.

Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün bu xəbər dolayı yolla müsbət təsirə malikdir. Bu, həmçinin Çin və Avropanı birləşdirən Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən keçən logistika zəncirlərinin güclənməsinə səbəb ola bilər. Uzunmüddətli perspektivdə isə bu, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün Şərq və Qərb arasında tranzit və investisiya körpüsü rolunu gücləndirmək imkanı yaradır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
16 AVQUST 2026
Ronaldu futbola vida etməyə hazırlaşır: "Son ilim ola bilər" 20:55 Bədii gimnastika üzrə Dünya çempionatının növbəti ünvanı Bakı olacaq! 20:19 Cared Kuşner İsrailə gedəcək? - RƏSMİ 20:03 Fransada yanğınlar gücləndi, 2 min hərbçi səfərbər edildi 19:47 "Sabah" və "Qarabağ"ın oyunları təxirə salındı 19:24 Tehranla Vaşinqton arasında gizli əlaqə üzə çıxdı - DETALLAR 19:00 Almaniyada miqrantların deportasiyası gözlənilənin əksinə AZALDI 18:39 "Neftçi SOCAR" Dünya Qadın Seriyasının "Sea Breeze" mərhələsində mübarizəni başa vurdu 18:14 İran ABŞ-ni Fars körfəzindən birdəfəlik çıxarır? - Rəsmi AÇIQLADI 17:59 ABŞ-İran arasında gizli mesajlaşma davam edir, lakin... 17:09 Şirvan kanalında kişi meyiti TAPILDI 17:20 "Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı! 17:16 Ekvador sahillərində "kabus gəmi": Balıqçılar silahlı şəxslərin əlinə keçdi! 16:44 Türkiyədə DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var 16:36 Dunay bu həddə qədər qurudu: AES-i işlək saxlamaq üçün qeyri-adi addım atdılar 15:57 Ukraynanın keçmiş prezidenti Bakıya gəldi 15:50 Cəlilabad sakinlərinin DİQQƏTİNƏ! Sabah saat 10:00-dan… 15:37 Husilərə qarşı böyük hücum başladı: 24 saata 181 əməliyyat 15:28 Goranboyda yük maşını qəza törətdi: Yola 1 tona yaxın yanacaq töküldü 15:10 KTMT Ermənistanı sıxışdırır: “Qərar verin!” 14:50 Gənc əsgərlər Vətənə sədaqət andı içdi - VİDEO 14:09 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:04 Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib 13:57 Stolustü tennisçilər Türkiyədən 4 medalla qayıdırlar 13:53 Müdafiə Nazirliyindən general-mayorun ölümü ilə bağlı BAŞSAĞLIĞI 13:41 Bütün Xəbərlər