ABŞ və Britaniya kibercinayətkarlara qarşı sanksiyalar tətbiq etdi

ABŞ və Britaniya kibercinayətkarlara qarşı sanksiyalar tətbiq etdi
14.10.2025 23:40 Dünya

ABŞ Maliyyə Nazirliyi Böyük Britaniya Xarici İşlər Nazirliyi ilə birlikdə ABŞ vətəndaşlarını və müttəfiq ölkələri hədəf alan onlayn fırıldaqçılıq və çirkli pulların yuyulması ilə məşğul olan transmilli cinayət şəbəkələrinə qarşı genişmiqyaslı tədbirlər elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat paylaşılıb.

Çen Çjinin rəhbərlik etdiyi və Kambocada yerləşən "Prince Group TCO" təşkilatı da daxil olmaqla, cinayətkar təşkilatla əlaqəli 146 şəxs və şirkətə qarşı sanksiyalar tətbiq edilib. Şəbəkə amerikalıları və digər vətəndaşları hədəf alan onlayn investisiya fırıldaqları həyata keçirib.

Eyni zamanda, Maliyyə Cinayətləri ilə Mübrizə Şəbəkəsi Kamboca maliyyə konqlomeratı "Huione Group"u virtual valyuta fırıldaqçılığı və kiberhücumlardan əldə edilən milyardlarla dolların yuyulmasına görə ABŞ maliyyə sistemindən çıxarıb.

Böyük Britaniya həmçinin "Prince Holding Group", Çen Çji və onun tərəfdaşlarına qarşı da sanksiyalar tətbiq edib. Bu tədbirlər Nyu Yorkun şərq bölgəsində Çen Çjiyə qarşı ittiham aktının dərc edilməsi ilə müşayiət olunub və FTB ilə ABŞ Ədliyyə Nazirliyi ilə razılaşdırılıb.

ABŞ səlahiyyətlilərinin hesablamalarına görə, onlayn fırıldaqçılıqdan ABŞ vətəndaşlarına dəyən zərər 16,6 milyard dolları ötüb, əməliyyatların əhəmiyyətli hissəsi Cənub-Şərqi Asiyada, o cümlədən Kambocada cinayətkar şəbəkələrin nəzarətindədir.

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Z nəslinin həyatı niyə çətinləşdi? Əvvəllər adi olan 6 imkan yoxa çıxır 00:59 Sürücülərin ən “zəhlətökən” vərdişləri: Bunu siz də edirsiniz? 00:35 Çində meşələr böyüdü, su ehtiyatları azaldı - Araşdırmanın ilginc nəticəsi 00:30 Sakitlik axtaranlar bura getsin: Dünyanın ən sakit ölkəsi seçildi 22:37 MARAQLI KƏŞF: Həyat Yer üzündə iki dəfə yaranıb? 00:52 Təyyarəyə meydan oxuyan qatar: Çin dünyada ilkə imza atdı 01:51 Tramp ABŞ donanmasında “keçmişə dönüş” əmri verdi 01:56 Türklər kosmosu “fəth etməyə” hazırlaşır 01:42 Trampın kürəkəni İsrailə yollanır - Qəzzada nə baş verir? 01:18 Bakı-Sumqayıt yolunda zəncirvari qəza tıxac yaratdı - VİDEO 00:45 İsrailin “canına qorxu düşdü” - İran yenidən silahlanır 00:41 Pakistandan Hindistana XƏBƏRDARLIQ: “2025-ci ilin mayından daha sarsıdıcı olacaq!” 00:19 Məşhur şadlıq sarayı müsadirə olunaraq, hərraca çıxarıldı 23:55 Sürücülərin NƏZƏRİNƏ! Bu küçələr sabahdan bağlı olacaq 23:44 Qurban Qurbanov: “Rəqibi topsuz qoymağa çalışırdıq” 23:33 III qrup üzrə keçid balları AÇIQLANDI 23:28 “Qarabağ”ın pley-offdakı rəqibi Niderlanddandır 23:15 Tramp gömrükdə “deşik” tapdı və bağladı: 800 dollarlıq güzəşt ləğv edildi 23:06 Fidan Netanyahunun fələstinlilərlə bağlı dəhşətli planından danışdı 22:55 ABŞ-nin İrana qarşı yeni planı üzə çıxdı: Növbəti hədəflər bunlar ola bilər 22:42 Türkiyədə erməni məktəblərində yoxlama başladı: Şagirdlər təcili köçürülür 22:27 44 yaşlı kişi kəsici alətlə öldürüldü - Şübhəli 16 yaşlıdır 22:18 UEFA Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi - VİDEO 20:08 Xocavənddə güclü yanğın başladı - VİDEO 22:03 Azərbaycan XİN mina partlayışları ilə bağlı paylaşım etdi 21:59 Bütün Xəbərlər