ABŞ-nin İrana zərbəsi: Tehran nüvə silahına nə qədər yaxındır?

ABŞ-nin İrana zərbəsi: Tehran nüvə silahına nə qədər yaxındır?
24.06.2025 18:20 Dünya

ABŞ iyunun 22-də İranın nüvə obyektlərinə hava zərbələri endirib. Rəsmi Vaşinqton bu addımı Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə atdığını bildirib. Bu hücum, artıq ikinci həftəsinə qədəm qoyan İran-İsrail qarşıdurmasının fonunda baş verib. Bəs İran nüvə silahına nə qədər yaxındır?

TodayPress TV xəbər verir ki, bu suala dair aparıcı beynəlxalq mənbələrin açıqladığı faktlara əsaslanaraq "Yle" yazı yayımlayıb.

1. İranın zənginləşdirilmiş uran ehtiyatları sürətlə artır

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bu ilin may ayında yaydığı məlumata görə, İranın 60%-lik zənginləşdirilmiş uran ehtiyatı 408 kiloqrama çatıb. Bu göstərici, nüvə silahı istehsalı üçün tələb olunan 90%-lik zənginləşdirmə səviyyəsinə təhlükəli dərəcədə yaxın sayılır.

Xatırladaq ki, 2023-cü ildə Fordo nüvə obyektində 84%-ə qədər zənginləşdirilmiş uran aşkar edilmişdi. İran bu hadisəni “texniki nasazlıq” kimi izah etsə də, AEBA bildirib ki, İran nüvə silahına malik olmayan ölkələr arasında ən yüksək səviyyədə zənginləşdirilmiş uran istehsal edən yeganə dövlətdir.

Agentlik hesab edir ki, İranın hazırda 9 nüvə başlığı hazırlamaq üçün kifayət qədər materialı mövcuddur.

2. İranın real nüvə bombası hazırlamaq qabiliyyəti hələ sual altındadır

İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, nüvə texnologiyasını yalnız dinc məqsədlər üçün inkişaf etdirirlər. Xarici işlər naziri Abbas Əraqçi may ayında verdiyi açıqlamada bildirib ki, İranın nüvə silahı istehsal etmək imkanı var, lakin belə bir niyyəti yoxdur.

Bununla belə, ABŞ kəşfiyyatının son qiymətləndirmələrinə əsasən, İran yaxın həftələrdə nüvə silahı hazırlaya biləcək potensiala malikdir. ABŞ Dövlət katibi Marko Rubio isə bildirib ki, İrana zərbədən öncə Tehranın nüvə silahı üçün lazım olan bütün imkanları var idi.

AEBA rəhbəri Rafael Qrossi isə "CNN"ə açıqlamasında bildirib ki, İranın nüvə silahı “sabah” hazır olmasa da, bu proses bir ilə də uzanmayacaq.

3. İran nüvə proqramının mərhələlərini gizlətməkdə davam edir

İranın gizli nüvə fəaliyyətləri ilk dəfə 2002-ci ildə aşkar edilib. 2006-cı ildə BMT Təhlükəsizlik Şurası nüvə fəaliyyətləri ilə bağlı İrana sanksiyalar tətbiq edib.

2015-ci ildə əldə olunan nüvə sazişi ilə bu sanksiyalar ləğv olunsa da, ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə razılaşmadan çıxıb və sanksiyaları bərpa edib. 2025-ci ilin əvvəlində yeni sazişlə bağlı danışıqlara start verilsə də, proses irəliləmir.

May ayında AEBA-nın mətbuata sızmış hesabatında qeyd olunub ki, İran 3 müxtəlif obyektində gizli nüvə fəaliyyətini davam etdirir və beynəlxalq müşahidəçilərlə əməkdaşlıqdan yayınır. Tehran isə bu məlumatları təkzib edib.

12 iyun tarixində AEBA Şurası İranın nüvə sazişi öhdəliklərini pozduğunu elan edən qətnamə qəbul etdikdən sonra İran reaksiya olaraq yeni uran zənginləşdirmə mərkəzi quracağını və prosesləri sürətləndirəcəyini bəyan edib.

4. Gərginlik artır, təhlükə böyüyür

Mütəxəssislərin fikrincə, İranın nüvə silahı hazırlamaq üçün texniki imkanları kifayət qədər inkişaf edib. Lakin əsas sual Tehranın bu qərarı nə zaman verəcəyi və beynəlxalq reaksiyanın necə olacağı ilə bağlıdır.

Mövcud vəziyyət regionda və beynəlxalq aləmdə təhlükəli gərginliyin davam edəcəyini göstərir.

Töhfə Səməd

XƏBƏR LENTİ
22 IYUN 2026
Rusiya Qara dənizdə Türkiyə gəmisini vurdu: Ölənlər var - VİDEO 09:11 ABŞ Karib dənizində narkotik daşıyan katerə zərbə endirib - VİDEO 09:04 Qida çatışmazlığına səbəb ola biləcək istilər yaxınlaşır - ARAŞDIRMA 08:53 Ukrayna PUA-ları yenidən Moskva səmasında: HHM-lər aktivləşdi - VİDEO 08:33 Qətərin ən böyük qaz müəssisəsində partlayış baş verdi - YENİLƏNDİ 00:02 DÇ-2026: Misir Yeni Zelandiyanı məğlub etdi 08:19 Rusiyalı psixoloqdan valideynlərə çağırış: Uşağı telefondan ayırmağın sirri qadağada deyil 21:54 Yuxunuzu məhv edən gizli vərdiş 21:51 Beş milyard il sonra nə baş verəcək? - Günəşin Yerə təsiri ilə bağlı yeni proqnoz 21:49 Yaddaşı yaxşılaşdırdığı düşünülən omeqa-3 haqqında yeni faktlar üzə çıxdı 21:48 Süni intellektlə emosional söhbətlərin görünməyən riski: Mütəxəssis həyəcan təbili çaldı 21:46 Pikassonun oğurlanmış tablosu tapıldı 21:44 Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış 21:42 DÇ-2026: Belçika - İran oyununda qalib müəyyənləşmədi 01:09 Pişiyinizin etibarını qazanmağın sadə yolu açıqlandı 21:39 Yamal Мessini geridə qoydu 22:20 Ermənistanda seçki mübahisəsi: Konstitusiya Məhkəməsi işə baxacaq 23:09 Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO 23:06 "Neftçi" kapitanlarla bağlı qərar verdi 21:34 Tehran Vaşinqtona şərt qoydu: Tramp üzr istəməyənə qədər danışıq olmayacaq 22:41 Ədən körfəzində gərgin anlar: tanker son anda ələ keçirilməkdən qurtuldu 20:01 "Qarabağ"dan növbəti transfer 21:24 DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəldi 22:08 Günəşdə güclü partlayış baş verdi 18:43 Moskvada güclü yanğın baş verdi: 60 nəfər təxliyə edildi 21:57 Bütün Xəbərlər