ABŞ-nin İrana zərbəsi: Tehran nüvə silahına nə qədər yaxındır?

ABŞ-nin İrana zərbəsi: Tehran nüvə silahına nə qədər yaxındır?
24.06.2025 18:20 Dünya

ABŞ iyunun 22-də İranın nüvə obyektlərinə hava zərbələri endirib. Rəsmi Vaşinqton bu addımı Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə atdığını bildirib. Bu hücum, artıq ikinci həftəsinə qədəm qoyan İran-İsrail qarşıdurmasının fonunda baş verib. Bəs İran nüvə silahına nə qədər yaxındır?

TodayPress TV xəbər verir ki, bu suala dair aparıcı beynəlxalq mənbələrin açıqladığı faktlara əsaslanaraq "Yle" yazı yayımlayıb.

1. İranın zənginləşdirilmiş uran ehtiyatları sürətlə artır

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bu ilin may ayında yaydığı məlumata görə, İranın 60%-lik zənginləşdirilmiş uran ehtiyatı 408 kiloqrama çatıb. Bu göstərici, nüvə silahı istehsalı üçün tələb olunan 90%-lik zənginləşdirmə səviyyəsinə təhlükəli dərəcədə yaxın sayılır.

Xatırladaq ki, 2023-cü ildə Fordo nüvə obyektində 84%-ə qədər zənginləşdirilmiş uran aşkar edilmişdi. İran bu hadisəni “texniki nasazlıq” kimi izah etsə də, AEBA bildirib ki, İran nüvə silahına malik olmayan ölkələr arasında ən yüksək səviyyədə zənginləşdirilmiş uran istehsal edən yeganə dövlətdir.

Agentlik hesab edir ki, İranın hazırda 9 nüvə başlığı hazırlamaq üçün kifayət qədər materialı mövcuddur.

2. İranın real nüvə bombası hazırlamaq qabiliyyəti hələ sual altındadır

İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, nüvə texnologiyasını yalnız dinc məqsədlər üçün inkişaf etdirirlər. Xarici işlər naziri Abbas Əraqçi may ayında verdiyi açıqlamada bildirib ki, İranın nüvə silahı istehsal etmək imkanı var, lakin belə bir niyyəti yoxdur.

Bununla belə, ABŞ kəşfiyyatının son qiymətləndirmələrinə əsasən, İran yaxın həftələrdə nüvə silahı hazırlaya biləcək potensiala malikdir. ABŞ Dövlət katibi Marko Rubio isə bildirib ki, İrana zərbədən öncə Tehranın nüvə silahı üçün lazım olan bütün imkanları var idi.

AEBA rəhbəri Rafael Qrossi isə "CNN"ə açıqlamasında bildirib ki, İranın nüvə silahı “sabah” hazır olmasa da, bu proses bir ilə də uzanmayacaq.

3. İran nüvə proqramının mərhələlərini gizlətməkdə davam edir

İranın gizli nüvə fəaliyyətləri ilk dəfə 2002-ci ildə aşkar edilib. 2006-cı ildə BMT Təhlükəsizlik Şurası nüvə fəaliyyətləri ilə bağlı İrana sanksiyalar tətbiq edib.

2015-ci ildə əldə olunan nüvə sazişi ilə bu sanksiyalar ləğv olunsa da, ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə razılaşmadan çıxıb və sanksiyaları bərpa edib. 2025-ci ilin əvvəlində yeni sazişlə bağlı danışıqlara start verilsə də, proses irəliləmir.

May ayında AEBA-nın mətbuata sızmış hesabatında qeyd olunub ki, İran 3 müxtəlif obyektində gizli nüvə fəaliyyətini davam etdirir və beynəlxalq müşahidəçilərlə əməkdaşlıqdan yayınır. Tehran isə bu məlumatları təkzib edib.

12 iyun tarixində AEBA Şurası İranın nüvə sazişi öhdəliklərini pozduğunu elan edən qətnamə qəbul etdikdən sonra İran reaksiya olaraq yeni uran zənginləşdirmə mərkəzi quracağını və prosesləri sürətləndirəcəyini bəyan edib.

4. Gərginlik artır, təhlükə böyüyür

Mütəxəssislərin fikrincə, İranın nüvə silahı hazırlamaq üçün texniki imkanları kifayət qədər inkişaf edib. Lakin əsas sual Tehranın bu qərarı nə zaman verəcəyi və beynəlxalq reaksiyanın necə olacağı ilə bağlıdır.

Mövcud vəziyyət regionda və beynəlxalq aləmdə təhlükəli gərginliyin davam edəcəyini göstərir.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 IYUL 2026
Prezident İlham Əliyev: Azərbaycan–Qırğızıstan Birgə İnvestisiya Fondunun nizamnamə kapitalı iki dəfə artırılacaq 09:49 Azərbaycan Prezidenti: İmzalanan sənədlər paketi əməkdaşlığımızın nə qədər geniş sahələri əhatə etdiyini göstərir 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Bütün Xəbərlər