ABŞ-dan bu ölkəyə çağırış: İran adasını ələ keçir!

ABŞ-dan bu ölkəyə çağırış: İran adasını ələ keçir!
17.05.2026 11:00 Dünya

ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələri Birləşmiş Ərəb Əmirliklərini İranla müharibədə daha fəal iştirak etməyə və Fars körfəzində yerləşən İran adalarından birini ələ keçirməyə çağırırlar.

TodayPress TV xəbər verir ki, bu barədə “Teleqraf” nəşri Tramp administrasiyasında təhlükəsizlik məsələləri üzrə keçmiş yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Bildirilir ki, Trampın ətrafındakı bəzi rəsmilər BƏƏ-ni Lavan adasını ələ keçirməyə çağırıblar. Həmin ada aprel ayının əvvəlində BƏƏ tərəfindən gizli hərbi zərbələrə məruz qalıb.

Nəşr xatırladıb ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra İranın cavab zərbələrinin əsas yükünü məhz BƏƏ daşıyıb. Nəticədə BƏƏ ABŞ və İsraillə münasibətləri gücləndirmək səylərini ikiqat artırıb, halbuki qonşu ölkələrlə münasibətləri gərgin olaraq qalır.

Jurnalistlər əlavə ediblər ki, BƏƏ Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan müharibənin əvvəlində Səudiyyə Ərəbistanı və Qətəri İrana qarşı əks-hücumlara qoşulmağa inandırmağa çalışsa da, buna nail ola bilməyib.

Mənbələrin sözlərinə görə, bundan sonra aprel ayının əvvəlində BƏƏ İranın bir neçə hədəfinə, o cümlədən Lavan adasına zərbələr endirib.

TodayPress TV 

XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Bütün Xəbərlər