Sahibə Qafarova ICAPP-ın nümayəndə heyəti ilə görüşdü

Sahibə Qafarova ICAPP-ın nümayəndə heyəti ilə görüşdü
16.10.2025 18:58 Daxili siyasət

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 16-da Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin sədri Çunq Eu-yonqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

TodayPress TV xəbər verir ki, Azərbaycanın Asiya ölkələri ilə siyasi əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyən spiker Sahibə Qafarova, ICAPP-ın regionda çoxtərəfliliyin, həmrəyliyin mühüm mexanizmi kimi çıxış etdiyini, Asiyada sülhü, təhlükəsizliyi və əməkdaşlığı təşviq edən mühüm platforma olduğunu bildirib.

Söhbət zamanı Ulu öndər Heydər Əliyevin qurucusu, Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin hakim partiyası kimi rolu, fəal beynəlxalq əlaqələri haqqında məlumat verilib. YAP-ın Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransında fəal və uğurla təmsil olunmasından məmnunluq ifadə olunaraq, tərəflər arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd edilib. O cümlədən, YAP-ın təşkilatçılığı ilə Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının (ACC) "Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu" mövzusunda 4-cü iclası kimi beynəlxalq tədbirlərin müxtəlif ölkələrin siyasi partiyaları və mədəni qurumları arasında dialoqun gücləndirilməsinə, qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə və ortaq dəyərlər əsasında əməkdaşlığın inkişafına mühüm töhfə verir.

ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq təmsil etdiyi təşkilatın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini deyib və ölkəmizin hakim partiyası ilə mövcud əlaqələrin inkişafını qeyd edib.

Söhbətdə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Azərbaycan Milli Məclisinin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə ICAPP arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, Asiya regionunda parlamentlərarası əlaqələrin genişləndirilməsi və qarşılıqlı anlayışın dərinləşdirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


FOTOLAR

Sahibə Qafarova ICAPP-ın nümayəndə heyəti ilə görüşdü — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 Bütün Xəbərlər