Reklamla bağlı bir sıra dəyişikliklər qüvvəyə mindi

Reklamla bağlı bir sıra dəyişikliklər qüvvəyə mindi
22.05.2025 15:58 Daxili siyasət

Prezident İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

TodayPress TV xəbər verir ki, dəyiikliyə əsasən, aşağıdakılar nəzərdə tutur:  - "reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları"nın (reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri) "Reklam haqqında" qanunun tənzimləmə dairəsinə daxil edilməsi. Bu tənzimlənmə o halda tətbiq ediləcəkdir ki, reklam Azərbaycan ərazisində olan reklam istehlakçılarına ünvanlansın. 

- maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən şəxslərin statusunun müəyyən edilməsi və onlar tərəfindən verilən rəqəmsal platforma reklamlarına dair tələblərin müəyyən edilməsi.

Bu məqsədlə Qanuna yeni "rəqəmsal platforma təsirçisi" anlayışı gətirilir və onlar reklam subyekti kimi tanınır. Bununla da reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin edilir. 

Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımına dair bir sıra tələblər (reklam yayımının "reklam", "reklam hüququ əsasında", "sponsorluq" və ya "tərəfdaşlıq" qeydi ilə müşayiət olunması, İstehlakçılara müvafiq məlumatların, o cümlədən reklamverici barədə məlumatların verilməsi) və qadağalar (reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq, özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq) da müəyyən edilir. 

Hazırda istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər.

Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Qəbul olunub ki, reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır. 

Həmçinin sənəddə qeyd edilib ki, rəqəmsal platforma təsirçisinin reklam subyektləri sırasına daxil edilməsi ilə əlaqədar olaraq "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir.

Bu dəyişikliyə əsasən reklam olunan dərman və tibb vasitəsinin, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamvericisi rəqəmsal platforma təsirçisinə onun tələbi əsasında müvafiq zəruri sənədləri təqdim etməlidir. 

Bununla bərabər, tündlüyü 5 %-dən yuxarı olan alkoqollu içkilərin rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada reklamı qadağan edilib. 

Qanuna təkmilləşdirmə və dəqiqləşdirmə üçün də bir sıra dəyişikliklər edilib. Məqsəd istehlakçıların hüquqlarının qorunması, habelə reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsidir.

XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər