Prezident Xocavənddə görülmüş işlərlə tanış oldu, şəhər və kənd sakinləri ilə görüşdü- Yeniləndi

Prezident Xocavənddə görülmüş işlərlə tanış oldu, şəhər və kənd sakinləri ilə görüşdü- Yeniləndi
25.02.2026 20:05 Daxili siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma şəhərdə görülmüş işlər barədə məlumat verildi. Qeyd edək ki, Xocavənd şəhəri 1992-ci ildə ermənilər tərəfindən işğal edilib. Şəhər 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində işğaldan azad olunub. Elə həmin il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xocavənd şəhərində Dövlət Bayrağımızı ucaldıb. Xocavənd rayonunun ərazisi 1,51 min kvadratkilometrdir. Əhalisinin sayı isə 12 min 500 nəfərdir. Rayonun ərazi vahidinə 1 şəhər, 2 qəsəbə və 80 kənd daxildir. Prezident İlham Əliyevə Xocavənd şəhərində əsaslı təmirdən sonra istifadəyə verilmiş fərdi evlər barədə məlumat verildi. Xocavənddə 980 fərdi ev mövcuddur ki, onlardan da 133-ü yararsız, 847-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 55-i artıq istismara hazırdır. Bu il ərzində daha 792 ev təmir ediləcək. Xatırladaq ki, bir neçə gün əvvəl Xocavənd şəhərinə 50 ailə - 194 nəfər qayıdıb. Ötən ilin sentyabrından indiyədək isə Xocavəndin 5 yaşayış məntəqəsinə - Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Qırmızı Bazar qəsəbəsinə 142 ailə (604 nəfər), Sos kəndinə 85 ailə (360 nəfər), Hadrut qəsəbəsinə 58 ailə (233 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) olmaqla, ümumilikdə 1485 nəfər - 355 ailə qayıdıb. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhərinə köçmüş İlqar Həsənovun evində oldular və söhbət etdilər. Prezident İlham Əliyev: Salaməleyküm. Sakinlər: Xoş gəlmisiniz. Prezident İlham Əliyev: Çox sağ olun. Qadın sakin: Mehriban xanım, bizə şərəfdir ki, evimizə təşrif buyurmusunuz. Kişi sakin: Fəxr edirəm ki, Sizin komandanlığınız altında döyüşlərdə iştirak etmişəm. Prezident İlham Əliyev: Füzuli və Xocavənd… Buranı azad etmisən? Kişi sakin: Hazırda da Müdafiə Nazirliyində hərbi xidmətimi davam edirəm. Qadın sakin: Xoş gəlmisiniz. Bizim üçün şərəfdir ki, bu gün Siz bizim evimizdəsiniz. Yəni böyük gündür, həqiqətən. Həmişə danışırdım, deyirdim, Xocavəndi o qədər həsrətlə gözləyirəm, orada yaşamağı çox həsrətlə istəyirəm. İndi çox şadam ki, mənim övladlarım burada böyüyəcəklər. Prezident İlham Əliyev: İnşallah. Çox gözəl. Şərait də yaxşıdır. Eviniz necədir? Kişi sakin: Minnətdarıq. Çox gözəldir, Ali Baş Komandan. Prezident İlham Əliyev: Sən özün harada doğulmusan? Kişi sakin: Xocavənd rayonunun Axullu kəndində. Prezident İlham Əliyev: Axullu. Uzaqdır buradan? Kişi sakin: Xeyr, buradan çox uzaq deyil. Digər qadın sakin: Xoş gəlmisiniz. Nə böyük şərəf. Kişi sakin: Anamdır. İsti çörəyimiz var, təzə. Digər qadın sakin: Xoş gəlmisiniz, Mehriban xanım, bizi şərəfləndirdiniz. Birinci xanım Mehriban Əliyeva: Allah sizə cansağlığı versin. Digər qadın sakin: Allah Sizi də saxlasın. Sizin sayənizdə öz torpaqlarımıza qayıtmışıq, minnətdarıq. Prezident İlham Əliyev: Təbrik edirəm sizi. Digər qadın sakin: Biz də Sizi təbrik edirik, çox sağ olun. Nəvələrim burada böyüyəcək, ən böyük şərəfdir. Xoş gəlmisiniz Siz də. Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız? Kişi sakin: İşğal dövründə Xəzər rayonunun Buzovna qəsəbəsində qaçqınlar üçün salınmış düşərgədə. Prezident İlham Əliyev: Bakıda, Buzovnadakı düşərgədə? Kişi sakin: Bəli. Prezident İlham Əliyev: Sən də orada doğulmuşdun? Kişi sakin: Bəli. Prezident İlham Əliyev: Ev şəraiti necədir? Qadın sakin: Çox gözəl, hər şey yaxşıdır, təşəkkür edirik Sizə. Prezident İlham Əliyev: Siz də dadına baxın, təndir çörəyidir. Qadın sakin: Nuş edin, nuş olsun. Prezident İlham Əliyev: Sən də hərbi hissədə xidmət edirsən? Kişi sakin: Bəli, cənab Prezident. Prezident İlham Əliyev: Siz nə işlə məşğul olursunuz? Qadın sakin: Mən Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Digər qadın sakin: Mehriban xanım, gəlişinizdən çox şərəf duyuram. Birinci xanım Mehriban Əliyeva: Mən də çox xoşbəxtəm sizi görməyimə. Digər qadın sakin: Biz də çox xoşbəxtik Sizi görməyə. Prezident İlham Əliyev: Əsas odur ki, doğma Qarabağ torpağındasınız. Qadın sakin: Əsas odur ki, bu gün bu azadlığı yaşayırıq, bu müstəqilliyi yaşayırıq. Qalan şeylər hamısı düzələcək. Təmirdir, məktəbdir - hamısı olacaq, bəli. Digər qadın sakin: Allah canınızı sağ eləsin. Kişi sakin: Düşməni də qovmuşuq. Digər qadın sakin: Allah canınızı sağ eləsin. Sizin sayənizdə. Prezident İlham Əliyev: Düzdür, qovmuşuq. Qadın sakin: Amin. Allah Sizi qorusun, xalqımıza çox görməsin. Həmişə sülh olsun, əmin-amanlıq olsun. Prezident İlham Əliyev: Bundan sonra sülh olacaq. Digər qadın sakin: Allah ömür versin Sizə. Qadın sakin: Bizim eşitdiyimiz o bomba səsini, güllə səsini bu uşaqlar bir daha eşitməsinlər. Prezident İlham Əliyev: Eşitməyəcəklər. Kişi sakin: Ali Baş Komandanımız onlara elə bir dərs verdi ki, onlar bir daha ayağa qalxan deyillər. Prezident İlham Əliyev: Bu, şanlı tariximizdir. Əlbəttə, Zəfər tarixi qürur mənbəyimizdir. Elə igidlər hesabına biz torpaqlarımızı azad etdik. Kişi sakin: Sizin sayənizdə, “dəmir yumruğ”un sayəsində. Qadın sakin: Mən daha çox qürurluyam. Çünki həm hərbçi bacısıyam, həm də şəhid bacısıyam. Prezident İlham Əliyev: Allah rəhmət eləsin. Qadın sakin: Həm də həyat yoldaşım hərbçidir. Prezident İlham Əliyev: Xocavəndin, Füzulinin azad olunmasında iştirak edib və yüksək təltiflərlə də mükafatlandırılıb. Qadın sakin: Bəli, Sizin imzanızla. Çox sağ olun. Prezident İlham Əliyev: İndi Azərbaycan elə güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək. Onu da edirik. Qadın sakin: Sayənizdə, cənab Prezident. Bunların hamısı sayənizdə oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.


16:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.

TodayPress TV xəbər verir ki, sonra dövlətimizin başçısı, birinci xanım və qızları Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüblər.

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub 09:12 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Bütün Xəbərlər