Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak etdi

Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak etdi
27.09.2025 14:15 Daxili siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Gəncə şəhər stadionunun aşılısında iştirak edib.

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısına stadion barədə məlumat verildi.

Bildirildi ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir. Ərazidə AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası tikilib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən arena müasir işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik sistemləri ilə təchiz olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü oktyabrında stadionun tikintisi ilə bağlı sərəncam imzalayıb. Onun təməli isə ötən ilin aprelində dövlətimizin başçısı tərəfindən qoyulub. Bu ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

Beynəlxalq səviyyədə idman ölkəsi kimi nüfuzunu getdikcə möhkəmləndirən Azərbaycanın bölgələrində bu sahənin inkişafı dövlətimizin prioritet istiqamətlərindən biridir. Son illərdə regionlarda tikilən və yenidən qurulan idman kompleksləri yerlərdə idmanın kütləviləşməsinə mühüm töhfə verir, gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı mötəbər idman yarışlarına ev sahibliyi etməklə, özünün yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Belə müasir idman arenalarının istifadəyə verilməsi ölkəmizin digər bölgələrində olduğu kimi, Gəncədə də istər yerli, istərsə də beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait yaradacaq.

TodayPress TV

FOTOLAR

Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak etdi — 1
Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak etdi — 2
Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak etdi — 3
Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak etdi — 4
Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak etdi — 5
Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak etdi — 6
Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak etdi — 7
Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak etdi — 8
Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak etdi — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər