Ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirildi

Ötürücü sistem operatoru ilə bağlı qadağanın qüvvəyə minmə müddəti dəyişdirildi
07.07.2025 14:26 Daxili siyasət

Prezident İlham Əliyev Milli Məclisin iyunun 21-də qəbul etdiyi "Elektroenergetika haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

TodayPress TV xəbər verir ki, dəyişikliyə əsasən, qanunun 13.2-ci maddəsinin (ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola biməz) qüvvəyə minmə müddəti dəyişdirilib.

Həmin maddə bu il iyulun 1-dən qüvvəyə minməli idi. İndi isə onun qüvvəyə minmə müddətini müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Beləliklə, elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin birinci mərhələsində (birinci mərhələ qanunun qüvvəyə mindiyi gündən, yəni 2024-cü il yanvarın 1-dən 2025-ci il iyunun 30-dək olan dövrü əhatə edir) həyata keçirilməsi nəzərdə tutulan elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması 2025-ci il iyulun 1-dək deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə icra ediləcək.

Bundan başqa, dövlət başçısı sözügedən qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, qanundakı dəyişikliklə bağlı nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Prezident həyata keçirir.


Nazirlər Kabineti yenilənmiş qanunun qüvvəyə minməsinə dair təkliflərini bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, Energetika Nazirliyi və “Azərenerji” ASC isə yeni qanundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər