MM Azərbaycanla İƏT-in arasında olan sazişi ratifikasiya etdi

MM Azərbaycanla İƏT-in arasında olan sazişi ratifikasiya etdi
27.04.2026 12:37 Daxili siyasət

Milli Məclis Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə sazişini ratifikasiya edib.

TodayPress TV xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə olunan "Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi"nin əsas məqsədi qeyd olunan Mərkəzin öz funksiyalarını və vəzifələrini səmərəli şəkildə həyata keçirməsi üçün imkanlar yaratmaq, o cümlədən Nizamnaməyə uyğun olaraq Mərkəzin heyət üzvlərinin işini asanlaşdırmaq və Mərkəz və ev sahibi ölkə arasında əsas münasibətləri tənzimləməkdir.

Qanun layihəsində vurğulanıb ki, saziş Mərkəzin, o cümlədən onun binasının və heyət üzvlərinin hüquqi statusunu, imtiyazlarını və immunitetlərini müəyyən edir.

Sazişin müddəalarına əsasən, Mərkəz hüquqi şəxs statusuna və bir sıra səlahiyyətlərə (müqavilələr bağlamaq, daşınmaz və daşınar əmlak əldə etmək, məhkəmələrə müraciət etmək və s) malikdir.

Bildirilib ki, sazişin digər müddəaları binanın yerləşdiyi yer (Bakı şəhəri), onun saxlanması xərcləri, kommunal xərclər, təhlükəsizlik, sanitar tələblər, fövqəladə hallar zamanı hərəkətlər, binanın və arxivin toxunulmazlığı, əmlak, fond aktivlər, azadolmalar, heyətin immunitet və imtiyazları, yaşayış imkanları, viza və s. məsələləri tənzimləyir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Bütün Xəbərlər