Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirildi

Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirildi
01.10.2025 15:51 Daxili siyasət

Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hakim kadrların yüksək nəzəri bilik və peşə hazırlığından söz açıb.

O, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına toxunaraq hakimlərin fəaliyyətində qanunçuluğa, insan hüquqlarının qorunmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dönmədən əməl olunması ilə bağlı düşüncələrini söyləyib.

Görüşdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri - Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov, Erkin Qədirli, Kamal Cəfərov çıxış ediblər. Deputatlar məhkəmə hakimiyyətinin və hakimlik fəaliyyətinin xüsusiyyətləri, qanunçuluğun və insan hüquqlarının qorunmasının, beynəlxalq hüququn praktiki tətbiqinin effektivliyinin artırılması ilə bağlı fikirlərini bölüşüblər.

Söhbət məhkəmə sisteminin inkişafı, məhkəmə qərarlarının təkmilləşdirilməsi və onların ədalətin təminində və hüquq sistemindəki rolu barədə fikir mübadiləsi ilə davam etdirilib.

Tədbir çərçivəsində hakimliyə namizədlər parlamentin inzibati binasında Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət ediblər, Plenar iclas zalı ilə tanış olublar.

Tədbir zamanı görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

TodayPress TV

FOTOLAR

Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirildi — 1
Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirildi — 2
Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirildi — 3
Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirildi — 4
Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirildi — 5
Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirildi — 6
XƏBƏR LENTİ
30 IYUL 2026
İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Bütün Xəbərlər