Milli Məclis WUF13-lə bağlı sazişi ratifikasiya etdi

Milli Məclis WUF13-lə bağlı sazişi ratifikasiya etdi
27.04.2026 12:08 Daxili siyasət

Milli Məclis Ümumdünya Şəhərsalma Forumun 13-cü sessiyası (WUF13) ilə əlaqədar təşklati və maliyyə məsələləri ilə barədə əlavə sazişi ratifikasiya edib.

TodayPress TV xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş"in təsdiqinə dair qanun layihəsinə əsasən, sənəd 2026-cı il yanvarın 15-də Cenevrə şəhərində imzalanıb.

Bildirilib ki, sazişin imzalanmasında əsas məqsəd Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) ilə əlaqədar təşkilati tədbirləri və maliyyə məsələlərini nizama salmaqdır.

Sazişdə tədbirin keçirilmə yeri kimi Bakı Olimpiya Stadionu, keçirilmə tarixi isə 17-22 may 2026-cı il müəyyən edilib.

Sənədə əsasən, tədbirin keçirildiyi dövrdə təhlükəsizlik tədbirlərinə dair tələblər, fors-major, iştirak üçün fərd və nümayəndələrin dairəsi, maliyyə tənzimləmələri və öhdəliklər, yaranacaq əlavə xərclər, istifadə olunmalı olan bank hesabları, valyuta növü, BMT-nin Məskunlaşma Proqramına dair öhdəliklərlə bağlı məsələlər, məkanlar, yerləşdirmə, təchizat, xidmətlər, sərgi, telekommunikasiya, yerli heyət, məxfilik və digər vacib məsələlər tənzimlənir.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Bütün Xəbərlər