MDB-də cinayətkarlığa qarşı mübarizədə vahid mərkəzin yaradılması təklif olundu

MDB-də cinayətkarlığa qarşı mübarizədə vahid mərkəzin yaradılması təklif olundu
22.08.2025 11:41 Daxili siyasət

MDB-də cinayətkarlığa qarşı mübarizədə vahid mərkəzin yaradılması təklif olunub

TodayPress TV xəbər verir ki, bunu Laçında Baş Prokurorluq tərəfindən beynəlxalq konfransda MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov deyib.

Onun sözləri görə, müasir dövr həm cəmiyyətin, həm də prokurorluq orqanlarının qarşısında yeni çağırışlar gətirir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, mülkiyyət hüquqları sahəsində pozuntular – bütün bunlar dövrün çağırışlarıdır və prokurorluq bu təhlükəli təzahürlərlə mübarizənin ön cəbhəsində dayanır. 

“Kiberməkanda baş verən cinayətkarlıqla mübarizənin vacibliyini xüsusilə vurğulamaq istəyirəm. Kibercinayətkarlıq inkişaf etmiş ölkələrdən inkişa fetməkdə olan ölkələrə qədər demək olar ki, bütün dövlətlərin bəlasına çevrilmişdir, vətəndaşlardan – ən zənginindən ən kasıbına qədər, onun hədəfi isə maddi vəziyyətindən asılı olmayan bütün vətəndaşlar, həmçinin korporasiyalar və hətta bütöv dövlətlərdir! Biz hamımız kibercinayətkarlarla mübarizəsahəsində uğurlu təcrübələrin, məlumatların mübadiləsi, MDB-yə üzv dövlətlərin prokurorluq əməkdaşlarının qarşılıqlı ixtisasartırması istiqamətində səylərimizi birləşdirməliyik.

Cinayətkarlığa qarşı mübarizədə həmkarlarım üçün müxtəlif ölkələrin qanunvericiliklərini və təcrübələrini öyrənmək imkanını verən vahid mərkəzin yaradılması məsələsini qaldırmağı zəruri hesab edirəm”.

Qeyd edək ki, Laçında Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilir. Baş prokuror Kamran Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani, Baş Prokurorluğun rəhbər heyəti, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri, ərazi və ixtisaslaşdırılmış prokurorlar, eləcə də digər qonaqlar iştirak edirlər.

XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər