Enerji tarifləri yenidən strukturlaşdırılacaq

Enerji tarifləri yenidən strukturlaşdırılacaq
08.07.2025 12:41 Daxili siyasət

Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə sabit tarifin (1 manat səviyyəsində) tətbiqi əsas əhali istehlakçıları üçün əlavə maliyyə yükü yaratmayacaq.

TodayPress TV xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında bildirib.

Onun sözlərinə görə, sabit tariflə bağlı xərclər hazırda aktiv abonentlər tərəfindən mövcud istehlak tarifləri çərçivəsində ödənilir:

“Bu yanaşma əsas əhali istehlakçıları üçün əlavə maliyyə yükü yaratmır. Qeyd etmək istərdim ki, Azərbaycanda məişət abonentləri üçün sayğaclar abonentin deyil, paylayıcı şirkətin vəsaiti hesabına quraşdırılır. Müqayisə üçün bildirək ki, Türkiyə, Rusiya və Gürcüstanda sayğacların dəyəri birbaşa abonentlər tərəfindən ödənilir.

Hər bir abonentin şəbəkəyə qoşulması zəncirvari texniki proses tələb edir və bu, enerji istehlakından asılı olmayaraq, müəyyən xərclərin yaranmasına səbəb olur. Belə hallarda haqlı olaraq sual meydana çıxır: Niyə passiv abonentlərin - yəni faktiki enerji istifadə etməyənlərin xərclərini digər vətəndaşlar ödəməlidir?"

O. Zeynalov hesab edir ki, tarif sisteminin iqtisadi baxımdan daha təkmil və ədalətli yanaşmalar əsasında yenidən strukturlaşdırılması gələcəkdə sosial baxımdan daha balanslaşdırılmış və əlçatan tariflərin formalaşmasına xidmət edəcək.

XƏBƏR LENTİ
12 AVQUST 2026
ABŞ-də gömrük gəlirləri azaldı, sosial xərclər kəskin artdı 01:16 Moldova Ukrayna taxılının daşınmasına başlayır 01:30 Kriştianu Ronaldu və Corcina Rodriqes evləndi! 01:41 Bir sıra ərazilərdə işıq KƏSİLƏCƏK 01:20 "Silahları Aİ-yə satırıq, onlar Ukraynaya verir" - Tramp 01:10 Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq? 00:49 "Fənərbağça" Çempionlar Liqasının pley-offuna yüksəldi! 00:54 Sədərək–Binə yolunda yük maşını yanır - VİDEO 00:20 Vaşinqtonda Ermənistan-Azərbaycan-ABŞ üçtərəfli görüşü keçirilib 22:12 "Putin rusların müharibəni dəstəklədiyini göstərmək istəyir" - Zelenski 00:06 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi! 00:00 Hörmüzdə günlük daşınma 9 milyon barelə çatıb - ABŞ energetika naziri 23:48 Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdiklərini ELAN ETDİ 23:37 Kolumbiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir 23:16 Prezident sabah kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq 23:18 “Beşiktaş” Duşan Vlahoviçin transferi ilə bağlı razılığa gəldi! 22:58 Prezident: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur 23:01 "Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir 22:38 Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 22:35 Rusiyanın büdcə gəlirləri ARTIB: Yanvar-iyul göstəriciləri açıqlandı 22:21 Bütün Xəbərlər