Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq - TƏSDİQLƏNDİ

Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq - TƏSDİQLƏNDİ
05.05.2026 16:35 Daxili siyasət

Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlarda dəyişiklikləri təsdiq edib.

Vergi Məcəlləsinə edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur.

"Təhsil haqqında" Qanuna dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq ölkənin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

Qanunun keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Avqusta hazır olun - güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Bütün Xəbərlər