Bu səhər küçələr orkestr sədaları ilə oyandı: Azərbaycan Ordusu 108 yaşını qeyd edir - YENİLƏNDİ - FOTO

Bu səhər küçələr orkestr sədaları ilə oyandı: Azərbaycan Ordusu 108 yaşını  qeyd edir - YENİLƏNDİ - FOTO
26.06.2026 10:24 Daxili siyasət

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakıda hərbçilərin yürüşü keçirilib.

TodayPress TV xəbər verir ki, yürüş şəhərin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə baş tutub. 

***

10:24

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində təşkil olunan hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb.

TodayPress TV xəbər verir ki, paytaxtda hərbi qulluqçuların yürüşləri 12:00-dək davam edəcək.

Yürüşlər beş marşrut üzrə təşkil olunub:

I yürüş marşrutu: Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – Dəniz Vağzalı;

II yürüş marşrutu: Şəhidlər xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı - “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

III yürüş marşrutu: Q.Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı;

IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

V yürüş marşrutu: Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı – “28 Mall” Ticarət Mərkəzi.

Qeyd edək ki, bu gün paytaxtla yanaşı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında da hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunur.




FOTOLAR

Bu səhər küçələr orkestr sədaları ilə oyandı: Azərbaycan Ordusu 108 yaşını  qeyd edir - YENİLƏNDİ - FOTO — 1
Bu səhər küçələr orkestr sədaları ilə oyandı: Azərbaycan Ordusu 108 yaşını  qeyd edir - YENİLƏNDİ - FOTO — 2
Bu səhər küçələr orkestr sədaları ilə oyandı: Azərbaycan Ordusu 108 yaşını  qeyd edir - YENİLƏNDİ - FOTO — 3
Bu səhər küçələr orkestr sədaları ilə oyandı: Azərbaycan Ordusu 108 yaşını  qeyd edir - YENİLƏNDİ - FOTO — 4
Bu səhər küçələr orkestr sədaları ilə oyandı: Azərbaycan Ordusu 108 yaşını  qeyd edir - YENİLƏNDİ - FOTO — 5
XƏBƏR LENTİ
12 AVQUST 2026
Moldova Ukrayna taxılının daşınmasına başlayır 01:30 Kriştianu Ronaldu və Corcina Rodriqes evləndi! 01:41 Bir sıra ərazilərdə işıq KƏSİLƏCƏK 01:20 "Silahları Aİ-yə satırıq, onlar Ukraynaya verir" - Tramp 01:10 Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq? 00:49 "Fənərbağça" Çempionlar Liqasının pley-offuna yüksəldi! 00:54 Sədərək–Binə yolunda yük maşını yanır - VİDEO 00:20 Vaşinqtonda Ermənistan-Azərbaycan-ABŞ üçtərəfli görüşü keçirilib 22:12 "Putin rusların müharibəni dəstəklədiyini göstərmək istəyir" - Zelenski 00:06 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi! 00:00 Hörmüzdə günlük daşınma 9 milyon barelə çatıb - ABŞ energetika naziri 23:48 Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdiklərini ELAN ETDİ 23:37 Kolumbiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir 23:16 Prezident sabah kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq 23:18 “Beşiktaş” Duşan Vlahoviçin transferi ilə bağlı razılığa gəldi! 22:58 Prezident: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur 23:01 "Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir 22:38 Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 22:35 Rusiyanın büdcə gəlirləri ARTIB: Yanvar-iyul göstəriciləri açıqlandı 22:21 Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 22:13 Bütün Xəbərlər