AMQF və ANAMA yanında İctimai Şura üzvləri mina təhdidi ilə bağlı bəyanat yaydı

AMQF və ANAMA yanında İctimai Şura üzvləri mina təhdidi ilə bağlı bəyanat yaydı
03.04.2026 15:38 Daxili siyasət

Azərbaycan Milli QHT Forumu və ANAMA yanında İctimai Şura Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, bəyanatda deyilir:

"Biz - Azərbaycan Milli QHT Forumunun, ANAMA yanında İctimai Şuranın üzvləri 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edirik.

Mina təhdidi beynəlxalq humanitar gündəliyin ən ciddi problemlərindən biri olaraq qalır. Bu gün dünyada 60-dan çox ölkədə 10 milyonlarla mina basdırılıb. Təəssüf ki, bu rəqəm davam edən müharibələr və silahlı münaqişələr fonunda daha da artır və mina təhlükəsinin coğrafiyası genişlənir.

Azərbaycan mina təhlükəsinin ən ağır nəticələrini yaşayan ölkələrdən biridir və minalarla ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır. İşğaldan azad olunmuş ərazilərdə mina və partlamamış sursat qalıqları ilə çirklənmiş sahə təxminən 12 min kvadrat kilometrə yaxındır. Bu ərazilərdə təxminən 1 milyondan çox mina və partlayıcı sursat qalıqları var. 1991-ci ildən ötən dövr ərzində Ermənistanın basdırdığı minalardan zərərçəkənlərin ümumi sayı 3400 nəfərə yaxınlaşır.

Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə intensiv şəkildə minatəmizləmə işləri aparılır. Minatəmizləyənlərin fədakar əməyi sayəsində 248 min hektardan çox ərazi təmizlənib. Minalarla çirklənmənin yüksək səviyyədə olması ilə yanaşı, Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin yararsız olmasını da xüsusi qeyd etməliyik.

2020-ci il Vətən müharibəsinin başa çatmasından sonra qeydə alınan mina partlayışları nəticəsində 421 Azərbaycan vətəndaşı zərər çəkib. Onlardan 72-si ölüb, 349-u isə ağır yaralanıb. Bu fakt mina probleminin postmünaqişə dövründə də insan həyatı üçün real və çox ciddi təhlükə olaraq qaldığını bir daha diqqətə çatdırır. Mina ilə çirklənmiş ərazilər kənd təsərrüfatının inkişafına mane olur, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını ləngidir və insanların gündəlik həyatını təhlükə altında saxlayır.

Minatəmizləmə həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas şərtlərdən biridir. Azərbaycan özü də minatəmizləməni milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərindən biri elan edib. Azərbaycan həmçinin mina və partlamamış hərbi sursatlara qarşı mübarizədə beynəlxalq tərəfdaşlığın qurulması, resursların mobilizasiyası, minadan zərərçəkən ölkələrə xüsusi diqqətin ayrılması üçün humanitar minatəmizləməni 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi təklif edib.

Mina təhlükəsinin beynəlxalq gündəliyin əsas məsələrindən biri kimi diqqətdə saxlanılmasına böyük ehtiyac var.

Biz beynəlxalq ictimaiyyəti mina təhlükəsinə münasibətdə daha ardıcıl və prinsipial mövqe tutmağa çağırırıq. Azərbaycanın bu sahədə irəli sürdüyü təşəbbüslərə dəstək verməyə, mina problemi ilə üzləşən ölkələrə texniki və maliyyə yardımının həcmini artırmağa səsləyirik. Mina qurbanlarının reabilitasiyası, yarımçıq qalmış həyatların yenidən bərpası və gələcək nəsillərin qorunması hamımızın ortaq mənəvi borcudur".

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Bütün Xəbərlər