Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi

Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi
23.12.2025 17:41 Daxili siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib.

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısına burada yaradılmış şərait barədə məlumat verildi.

Bildirildi ki, ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli olmaqla, 3 blokdan ibarətdir. 287 yerlik hotel binasında müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var. Burada, həmçinin restoran, ictimai-iaşə zonası, iclas, tədbir və ziyafət zalları, qapalı hovuz, idman zalı yaradılıb. Hotelin ərazisində də geniş abadlıq işləri görülüb. Burada 120 nəfər daimi işlə təmin olunub. Yeni hotel Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ildə Ağdam şəhərində mehmanxana kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Bu ilin fevralında isə kompleksdə görülən tikinti işləri ilə tanış olublar.

İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işləri çərçivəsində bu bölgədə turizm infrastrukturunun formalaşdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu məqsədlə müasir tələblərə cavab verən hotel və mehmanxana komplekslərinin tikintisi həyata keçirilir, turizm potensialının reallaşdırılması üçün zəruri şərait yaradılır. Bütün bu işlər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun icra olunur. Bu hotellər memarlığına görə ərazinin təbii landşaftına uyğun layihələndirilir, ekoloji standartlara və ən müasir xidmət prinsiplərinə əsaslanır. Turizm obyektləri turistlərin rahat yerləşməsi, istirahəti üçün geniş imkanlar yaradır. Hotellərin tikintisi, həmçinin bu bölgələrdə iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaradılmasına və sahibkarlığın inkişafına təkan verir. Bütün bu işlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin turizm potensialında mühüm yer tutmasına da zəmin yaradacaq.

TodayPress TV

FOTOLAR

Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi — 1
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi — 2
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi — 3
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi — 4
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi — 5
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi — 6
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi — 7
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi — 8
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər