"Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir

"Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir
10.12.2025 16:17

Azərbaycan Respulikası Mədəniyyət Nazirliyinin təşlilatçılığı ilə dekabrın 10-da Heydər Əliyev Mərkəzində "Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir.

TodayPress TV xəbər verir ki, forum Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında" 28 dekabr 2024-cü il tarixli Sərəncamının icrası ilə bağlı hazırlanan Tədbirlər planı çərçivəsində təşkil olunur. 

Tədbirin açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclis sədrinin birinci  müavini Əli Hüseynli, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, digər rəsmilər, millət vəkilləri, tanınmış mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının ərsəyə gəlməsində müstəsna xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli forum iştirakçılarını salamlayıb. Bildirib ki, Prezident İlham Əliyevin liderliyində həyata keçirilən siyasətin mərkəzində mədəniyyət xüsusi yerə malikdir.

Qeyd olunub ki, mədəniyyət müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində həmişə mərkəzi mövqedə dayanıb. Ulu Öndər mədəniyyətimizin bütün sahələrinin inkişafına, ana dilimizə davamlı diqqət və qayğı göstərib. "Ümummilli Liderimizin müəllifi olduğu Konstitusiyamızda mədəniyyətlə bağlı çox qiymətli müddəalar mövcuddur və bunun təməlləri üzərində hazırlanan qanunvericilik aktları mədəniyyət və hüquq anlayışlarını da özündə ehtiva edir. 

Mədəniyyət və hüquq arasında mövcud olan konesptual əlaqə təsəvvür ediləndən və görünəndən daha dərin və sıxdır. Əgər biz mədəniyyət və hüququn bir-birinə olan münasibətində müasir çağırışları müzakirə etmək istəyiriksə, o zaman ilkin olaraq bu anlayışların yenidən təhlil və müzakirə olunması məqsədəuyğun olardı", - deyə nazir bildirib.

Nazir qeyd edib ki, geniş mənada mədəniyyət bir xalqa münasibətdə mövcud olan, ona xüsusi kimlik verən, cəmiyyətdaxili bütövlüyü tarazlayan, onu başqa xalqlardan fərqləndirən və müəyyən bir zaman kəsimində sabit şəkildə formalaşan düşüncələr, dəyərlər, davranışlar və qaydalar sistemindən ibarət bir anlayışdır. Hüquq isə individual azadlıqları, davranışları və ictimai münasibətləri formalaşdırmaq və tənzimləmək üçün dövlət institutları tərəfindən yaradılmış və tətbiq edilən qaydalar toplusudur. Bu anlayışları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil.

Adil Kərimli çıxışının sonunda forum çərçivəsində mədəniyyət və hüququn qarşılıqlı əlaqəsi ilə bağlı maraqlı müzakirələrin aparılacağına əminliyini bildirib, tədbirin işinə uğurlar arzulayıb.

Sonra Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov və  Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək forumun əhəmiyyətini vurğulayıblar.

Ziyafət Əsgərov mədəniyyət və hüquq anlayışlarının ortaq nöqtələri və sərhədləri barədə məlumat verib. Akademik Rafael Hüseynov forumun millətimizi və dövlətimizi var edən iki əsas qütbün təmsilçilərini bir araya gətirən əhəmiyyətli tədbir kimi dəyərləndirib.

Anar Bağırov isə bu mövzuda ilk tədbirin 10 dekabr - Dünya İnsan Hüquqları Günündə keçirilməsinin əlamətdar hadisə olduğunu bildirib. 

Sonra forum öz işini panel müzakirələrlə davam etdirib.

TodayPress TV

FOTOLAR

"Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir — 1
"Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir — 2
"Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir — 3
"Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir — 4
"Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir — 5
"Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir — 6
"Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir — 7
"Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir — 8
"Mədəniyyət və hüquq: müasir çağırışlar” mövzusunda forum keçirilir — 9
XƏBƏR LENTİ
20 AVQUST 2026
Tacikistan Rusiyadan üz döndərib İrana üz tutdu 14:21 İran ABŞ-yə xəbərdarlıq etdi: “Bu dəfə daha güclü silahlardan istifadə edəcəyik” 13:53 Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 Bütün Xəbərlər