Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub

Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub
14.08.2026 23:10

“Ədəbiyyat və İncəsənət” portalının redaktoru, Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalının “Yol səni səslər” (“И позовёт дорога вдаль…”) adlı şeirlər kitabı rus dilində gün üzü görüb.

TodayPress TV xəbər verir ki, yeni nəşr Azərbaycan poeziyasının rusdilli oxucu auditoriyasına təqdimatı ilə yanaşı, müxtəlif ədəbi-mədəni ənənələrin yaradıcı dialoqu baxımından da diqqət çəkir. Kitabın hazırlanmasında Azərbaycan, Saxa (Yakutiya), Tatarıstan ədəbi mühitinin tanınmış nümayəndələri iştirak edib.

Nəşrin önsöz müəllifi Saxa (Yakutiya) Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya Xarlampyeva, məsləhətçisi isə Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı Rkail Zəydulladır. Bu yaradıcı əməkdaşlıq kitabın eyni zamanda Azərbaycan poeziyasının Türk dünyasının fərqli ədəbi mühitləri ilə qarşılıqlı əlaqəsinin ifadəsi kimi dəyərləndirilməsinə əsas verir.

Əkbər Qoşalının şeirlərini rus dilinə Moskvada yaşayan tanınmış şair-tərcüməçi Afaq Şıxlı və istedadlı gənc şair-tərcüməçi Nilufər Şıxlı çevirib. Tərcümələrdə müəllifin poetik intonasiyasının, əsərlərin milli-mənəvi çalarlarının və emosional məzmununun qorunmasına xüsusi diqqət yetirilib. Kitabda Vətən və yaddaş, sevgi və zaman, insan taleyi, mənəvi dəyərlər kimi milli məzmundan ümumbəşəri düşüncəyə açılan mövzular yer alıb.

Nəşr Saxa (Yakutiya) Respublikasındakı “ALTA” özəl nəşriyyatında çap olunub. Nəşriyyatın rəhbəri Saxa Yazıçılar Birliyinin məsul katibi, şair Zinaida Arxipovadır. Kitabın nəşrinə Saxa (Yakutiya) Respublikası İl Tüməninin (Dövlət Məclisinin) deputatı Əliş Zabitoğlu dəstək göstərib.

“Yol səni səslər” adı kitabın poetik-fəlsəfi məzmunu ilə səsləşməklə yanaşı, nəşrin mədəni missiyasını da ifadə edir. Burada yol bir dildən digər dilə, bir ədəbi ənənədən digərinə, müəllifdən oxucuya doğru mənəvi hərəkətin rəmzi kimi çıxış edir.

Bu baxımdan, “Yol səni səslər” Azərbaycan poetik sözünün rusdilli ədəbi məkana təqdimatı, eyni zamanda Azərbaycan, Saxa və Tatarıstan yaradıcı mühitləri arasında ədəbi bağların genişlənməsinə xidmət edən yeni mədəniyyət hadisəsi kimi səciyyələndirilə bilər.

Nəşr bir daha göstərir ki, bədii tərcümə dillər arasında olduğu kimi, ədəbi yaddaşlar və mədəniyyətlər arasında da körpü yaradır.

FOTOLAR

Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub — 1
XƏBƏR LENTİ
20 AVQUST 2026
NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 Yaponiyada sürət qatarı 4 nəfəri vurdu 08:47 Keniyada turist helikopteri qəzaya uğradı: 7 ABŞ vətəndaşı öldü 08:38 U-20 güləşçilərimiz dünya çempionatında 5 medalla fərqləndi! 08:41 Bütün Xəbərlər