Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı

Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı
02.08.2026 12:09

“Gilavar Foto Klubu” İctimai Birliyinin istehsalı olan qısametrajlı sənədli film beynəlxalq uğuruna imza atıb.

TodayPress TV xəbər verir ki, mina qurbanına həsr edilmiş “Addım” (“Step”) filmi Hindistanda keçiriləcək “Dreamz Catcher” Beynəlxalq Film Festivalı tərəfindən rəsmi seçimə layiq görülərək sənədli filmlər kateqoriyasında nümayiş proqramına daxil edilib.

Sənədli filmin qəhrəmanı mina partlayışı nəticəsində ağır xəsarət alan Həsənəli Əlizadədir. Ekran əsəri onun həyat hekayəsini, mina faciəsinin insan taleyində buraxdığı dərin izləri və müharibədən sonrakı dövrdə mina təhlükəsinin yaratdığı humanitar problemləri tamaşaçıya çatdırır.

Filmin əsas məqsədi mina terrorunun ağır nəticələrini beynəlxalq auditoriyaya nümayiş etdirmək, qurbanların səsini dünyaya eşitdirmək və bu qlobal problemə ictimai diqqəti artırmaqdır.

Bu ekran əsərinin beynəlxalq festivalın rəsmi seçim proqramına daxil edilməsi Azərbaycan sənədli kinosunun, eləcə də ölkəmizdə istehsal olunan sosial mövzulu filmlərin xaricdə tanınması baxımından xüsusi əhəmiyyət daşıyır.

Filmin rejissoru Elnur Abbasov, prodüseri isə Rəşad Mehdiyevdir.

Qeyd edək ki, “Addım” (“Step”) filmi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Gilavar Foto Klubu” İctimai Birliyinin sifarişi əsasında “Today Media and Documentary” tərəfindən istehsal olunub.

TodayPress TV

FOTOLAR

Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı — 1
XƏBƏR LENTİ
20 AVQUST 2026
NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 Yaponiyada sürət qatarı 4 nəfəri vurdu 08:47 Keniyada turist helikopteri qəzaya uğradı: 7 ABŞ vətəndaşı öldü 08:38 U-20 güləşçilərimiz dünya çempionatında 5 medalla fərqləndi! 08:41 Bütün Xəbərlər