Yalçın Rəfiyev UNESCO-nun iqlim konfransında iştirak etdi - YENİLƏNDİ

Yalçın Rəfiyev UNESCO-nun iqlim konfransında iştirak etdi - YENİLƏNDİ
22.10.2025 17:22 Tədbirlər

UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahında "Bakıdan Belemə: Dayanıqlı və Maariflənmiş Cəmiyyətlərə Doğru İqlim Fəaliyyəti" adlı yüksək səviyyəli tədbir keçirilib.

TodayPress TV XİN-in məlumatına istinadən xəbər verir ki, tədbirin açılış sessiyasında Azərbaycanın xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, eləcə də UNESCO-nun baş direktorunun müavinləri Lidiya Artur Brito və Taufik Celassi çıxış ediblər.

Nazir müavini Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi zamanı əldə etdiyi əsas nəticələr və Azərbaycanın iqlim diplomatiyasında rolu haqqında danışıb. İqlim dəyişikliyi ilə mübarizədə təhsilin, elmin və mədəniyyətin əsas rolunu vurğulayıb.

Y.Rəfiyev bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı Yeni İqlim Maliyyə Məqsədi (NCQG), Bakıdan Belemə Yol Xəritəsi (1.3T), Paris Sazişinin 6-cı Maddəsi üzrə razılıq – karbon bazarlarının işə salınması və dövlət-özəl tərəfdaşlıqların gücləndirilməsi; İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması, eləcə də COP29 sədrliyi çərçivəsində irəli sürülən təşəbbüslər kimi bir sıra mühüm irəliləyişlərlə yadda qalıb.

Azərbaycanın COP29 sədrliyi çərçivəsində və ondan sonra da regional və qlobal tərəfdaşlarla sıx əməkdaşlıqda iqlim fəaliyyətini gücləndirmək, elmi əsaslı və ədalətli iqlim keçidinə töhfə vermək niyyətində olduğu vurğulanıb.

UNESCO Baş direktorunun müavinləri COP29-un tarixi nəticələrinə vurğu edərək Azərbaycanın COP29 çərçivəsində və sonrakı dövrdə iqlim dəyişikliyi və UNESCO gündəliyində olan mövzular arasında sinerjinin qurulmasındakı dəstəyinə görə təşəkkür ediblər.

Yalçın Rəfiyev Parisə səfəri çərçivəsində Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüş keçirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və COP29 sədrliyinin enerji təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, İnkişaf Etməkdə olan Kiçik Ada dövlətlərinin (SİDS) və bir qrup digər ölkələrin UNESCO yanında Daimi Nümayəndələri ilə işçi nahar formatında görüş keçirilib. Görüş zamanı Azərbaycanın COP29 sədrliyinin nailiyyətləri, iqlim dəyişmələrinin SİDS ölkələrinə təsirləri, ölkəmizin SİDS ölkələrinə göstərdiyi davamlı dəstək kimi məsələlər barədə danışılıb, gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

TodayPress TV

***

15:47

COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev oktyabrın 22-də UNESCO-nun "Bakıdan Belemə: İqlim fəaliyyəti üçün məlumatlı və dayanıqlı cəmiyyətlərin qurulması" adlı konfransında iştirak edib.

TodayPress TV xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında yazılıb.

Bildirilib ki, Baş danışıqçı konfransda çıxışı zamanı elmi tədqiqatlar və təhsil proqramları vasitəsilə qlobal iqlimə davamlılığın artırılması məqsədilə Azərbaycanın UNESCO ilə tərəfdaşlığını vurğulayıb və bu ölkənin qlobal davamlılıq səylərinə rəhbərlik etməkdə öhdəliyini bir daha təsdiqləyib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Çempionlar Liqasında “Sabah”ın rəqibi açıqlandı 23:59 Bütün Xəbərlər