Yeni il bayramı haramdır? - AÇIQLAMA

Yeni il bayramı haramdır? - AÇIQLAMA
26.12.2025 16:04 Cəmiyyət

"İslam dinində iki əsas bayramın – Qurban və Ramazan bayramlarının mövcud olduğu məlumdur".

Bu fikirləri TodayPress TV-yə açıqlamasında ilahiyyatçı Tural İrfan deyib. 


Onun sözlərinə görə, bununla yanaşı, Azərbaycanın dünyəvi dövlət olması səbəbindən xalqımız əsrlərdir bir sıra milli və dünyəvi bayramları da qeyd edir:

"Miladi təqvimlə yeni ilin başlanğıcının bayram kimi qarşılanması da bu ənənələr sırasındadır. Müsəlman təqvimi olan hicri tarixin başlanğıcının bayram kimi qeyd olunmaması İslam dinində bu barədə xüsusi ənənənin olmaması ilə bağlıdır. İslam dininin əsas prinsiplərinə görə hər hansı bayramın qeyd olunması dinin qaydalarına zidd deyilsə, buna qadağa qoyulmur. İslam dininin prinsipləri belədir ki, istənilən bayram əgər dinə, dinin qaydalarına müxalif deyilsə, keçirilə bilər. Yeni il bayramında heç kim bütə sitayiş etmir, Allaha şərik qoşmur, dinə qarşı üsyan etmir, qəddarlıq nümayiş etdirmir və pis əməllərlə məşğul olmur".

İlahiyyatçı vurğulayıb ki, əksinə, yeni il bayramı insanların bir araya gəlməsinə, sevinc paylaşmasına və sosial münasibətlərin möhkəmlənməsinə xidmət edir:

"Bu bayramda insanlar şənlənir, bir-birinə sevinc bəxş edir, sosial əlaqələrini genişləndirirlər. Belə olan halda burada heç bir qəbahət ola bilməz".

Tural İrfan yeni ilin qeyd olunmasına qarşı çıxan mövqeləri tənqid edib. O əlavə edib ki, bu yanaşmalar əsasən mühafizəkar radikal baxışlardan qaynaqlanır:

"Qarşı çıxanlar mühafizəkar radikallardır ki, onlar əhalini orta əsrlərə, mağara dövrünə sürükləmək istəyirlər".

O qeyd edib ki, həm Yeni il, həm də Novruz bayramının qeyd olunmasında dini baxımdan problem yoxdur. Lakin bununla yanaşı, dini çərçivələr də qorunmalıdır:

"Yeni ili də qeyd etmək olar, Novruz bayramını da. Sadəcə bu bayramlarda İslam dininə görə günah sayılan əməllərə yol verilməməlidir", - deyə ilahiyyatçı fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Bütün Xəbərlər