Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb

Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
13.10.2025 11:41 Cəmiyyət

Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 22 minə yaxın şəxs məskunlaşıb.

TodayPress TV xəbər verir ki, bunu Xankəndidə Zəfərin 5 illiyinə həsr edilmiş Qarabağda "Mənəvi dəyərlər" mövzusunda keçirilən tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

E. Yusubov "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli və könüllü şəkildə qayıdışı barədə də məlumat verib:

"Onların sırasında keçmiş məcburi köçkünlərlə yanaşı, dövlət və özəl qurumlarda çalışanlar, həmçinin onların ailə üzvləri də var. Plana əsasən, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun 11 kəndi və Ağdərə rayonunun 7 kəndində bərpa və təmir işləri aparılmaqla əhalinin köçü mərhələli şəkildə həyata keçirilir. Nəticədə, bu yaşayış məntəqələrində 6 minə yaxın keçmiş məcburi köçkünün məskunlaşdırılması nəzərdə tutulur. Eyni zamanda, bölgədə iqtisadiyyatın bərpası, məşğulluğun təmin edilməsi və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb".

Onun sözlərinə görə, indiyədək işğaldan azad olunmuş ərazilərə investorlar tərəfindən 65 milyon manatdan çox investisiya qoyuluşu həyata keçirilib.

Xatırladaq ki, Qarabağda Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş "Mənəvi dəyərlər həftəsi" keçirilir. Layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə reallaşır. Əsas məqsəd gənclərin milli kimlik və vətənpərvərlik şüurunun gücləndirilməsi, tarixi-mədəni irsimizə, milli-mənəvi dəyərlərə bağlılıqlarının artırılmasıdır.

(Report)

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Culfa sakini dəm qazından boğularaq öldü 23:17 Londonda sərnişin təyyarəsində meyit tapıldı 00:39 DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəldi 01:13 ABŞ-nin hərbi kontingenti Litvaya gəlib - Anons verildi 23:15 Tramp Türkiyə planını açıqladı: "Yaxın zamanda səfər edəcəyəm" 00:33 Makrondan sərt mesaj: "Avropa İttifaqı danışıqlarda vasitəçi ola bilməz" 23:57 Starmer yaxın günlərdə istefa verə bilər - KİV 00:10 Ağ Evdən Kubaya bağlı sərt siqnal: “Ola bilər” 23:41 Qara dəniz sahilində PUA tapıldı! - Araşdırma aparılır 23:35 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 22:25 Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi 23:17 Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli oldu 22:13 Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər 22:42 İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB 22:06 Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi 22:41 Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır 21:54 Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!" 21:53 Ötən tədris ilində Azərbaycanda neçə tələbə vəfat edib? 21:19 Ərdoğan və Sinqapurun Baş naziri görüşdü: Nələr müzakirə edidi? 20:47 Pakistanın Baş naziri Məhəmməd bin Salmana təşəkkür etdi 21:20 Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA 21:09 "Neftçi" onunla vidalaşdı 20:19 Bütün Xəbərlər