Uşaq sağlamlığında elmi bilik və etik yanaşmalar müzakirə edildi

Uşaq sağlamlığında elmi bilik və etik yanaşmalar müzakirə edildi
02.06.2025 00:00 Cəmiyyət

1 iyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkəmizdə uşaq sağlamlığının təminatı və rifahının yüksəldilməsi məqsədilə silsilə səhiyyə tədbirləri keçirilib. Bu önəmli gün, balacaların fiziki və psixoloji inkişafına dəstək olmaq, valideynləri maarifləndirmək və cəmiyyətin diqqətini bu həyati məsələyə yönəltmək niyyəti daşıyıb.  

TodayPress TV xəbər verir ki, tədbirlər çərçivəsində genetik, psixoloji və qidalanma faktorlarının qarşılıqlı təsiri nəticəsində yaranan, fərdin sosial ünsiyyət, davranış və idrak qabiliyyətlərində müxtəlif dərəcədə çətinliklərlə özünü büruzə verən nevroinkişaf pozuntusu, uşaq sağlamlığında qidalanmanın əhəmiyyəti və bu sahədə mütəxəssis əməkdaşlığının rolu kimi aktual mövzularla bağlı ekspert çıxışları təqdim edilib.

“Autizm spektr pozuntusu: Genetik, psixoloji və nutrisional faktorların interdisiplinar təhlili” mövzusunda elmi-praktik konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, Azərbaycan Pediatrlar Assosiasiyasının, THERAPLAY Psixologiya Mərkəzinin təşəbbüsü, LasoMed Group-un təşkilati dəstəyi və pediatr, nevroloq, psixiatr, psixoloq, loqoped və digər sahə mütəxəssislərinin iştirakı ilə təşkil olunub.

Konfransda autizm spektr pozuntusunun genetik, psixoloji və nutrisional aspektləri müzakirə edilib. Mütəxəssislər autizmin səbəbləri, erkən diaqnostika və müdaxilə metodları barədə təqdimatlar ediblər. Xüsusilə, autizmli uşaqlarda qidalanma məsələləri və bu sahədə aparılan araşdırmalar diqqət mərkəzində olub.

Tədbirin əsas təqdimatçılarından olan Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasının dosenti, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, MDB dövlətlərinin Nadir Xəstəliklər üzrə Konsorsium Şurasının üzvü, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə “Neyroinkişaf pozuntuları olan pasiyentlərin bioetik problemləri” mövzusunda elmi əsaslara söykənən, eyni zamanda humanist yanaşma ilə zənginləşdirilmiş məzmunlu təqdimatla çıxış edib. Alim belə pasiyentlərin tibbi müdaxilələrə razılıq vermə qabiliyyətinin qiymətləndirilməsində həkim, ailə və cəmiyyət arasında bioetik balansın qorunmasının vacibliyini vurğulayıb. Təranə xanım qeyd edib ki, neyroinkişaf pozuntusu olan uşaqların diaqnostika və müalicə prosesində onların ləyaqətinin və hüquqlarının qorunması, razılıq prosesinin şəffaf şəkildə təşkil edilməsi əsas etik prinsiplərdəndir. Pediatr, həmçinin tibb işçilərinin bu sahədə etik dilemma və peşəkar məsuliyyətlə üz-üzə qaldıqları hallarda, beynəlxalq bioetik meyarların tətbiqinə və multidissiplinar yanaşmanın gücləndirilməsinə ehtiyac olduğunu bildirib. Təqdimatda xüsusilə qeyd olunub ki, neyroinkişaf pozuntulu uşaqlara göstərilən tibbi xidmətlər təkcə klinik effektivlik deyil, həm də sosial ədalət, fərdi fərqliliklərə hörmət və inklüzivlik prinsipinə əsaslanmalıdır.

Tədbirdə səmərəli təcrübə mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri dəyərləndirilib və konfransın sonunda iştirakçılara sertifikat və təşəkkürnamələr təqdim edilib.

Sonda, valideynlərinin razılığı əsasında autizm spektr pozuntusu olan uşaqların iştirakı ilə təşkil olunmuş bədii hissə təqdim olunub. Onların ifasında səhnələşdirilən musiqi və rəqs nömrələri böyük rəğbətlə qarşılanıb, bu uşaqların yaradıcı potensialı, daxili aləminin zənginliyi və cəmiyyətə inteqrasiya imkanlarının bir daha aydın şəkildə nümayişinə çevrilib. Bədii hissə cəmiyyətin diqqətini bu xüsusi uşaqların imkanlarına və sosial dəstəyə ehtiyaclarına yönəltmək baxımından da mühüm əhəmiyyət daşıyıb.

Növbəti tədbir, Yeni Klinikada təşkil olunan "Milli Pediatriya Məktəbi – Pediatr və nutrisioloq: Sağlam gələcək üçün güclü tandem" adlı elmi-praktik konfrans böyük maraq və rəğbətlə qarşılanıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi, habelə Azərbaycan Pediatriya Assosiasiyası (APA) və ANDOP-un birgə təşkilatçılığı, LasoMed Group-un texniki dəstəyi ilə baş tutan tədbir, pediatriya və uşaq nutrisiologiyası sahəsində ən müasir yanaşmaları, aktual problemləri və effektiv həll yollarını əhatəli şəkildə müzakirə etmək üçün möhtəşəm bir platforma olub. Konfrans, pediatrlar, nutrisioloqlar, diyetoloqlar və digər aidiyyatı sahələrin mütəxəssislərindən ibarət auditoriyanın geniş müzakirəsinə səbəb olub. Tədbirdə ölkənin tanınmış mütəxəssisləri tərəfindən uşaq sağlamlığında qidalanmanın əhəmiyyəti, erkən müdaxilənin vacibliyi və profilaktik yanaşmalar kimi aktual mövzularda məruzələr təqdim edilib.

Konfransda tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə “Uşaq qidalanmasının müasir aspektləri: qidalanma dəstəyindən bioetik təhlükəsizliyə qədər” mövzusunda elmi biliklərə, praktiki təcrübəyə və beynəlxalq yanaşmalara əsaslanan məzmunlu təqdimatla çıxış edib.

Pediatr alim qidalanmanın bütün təzahürlərində əsas faktorları sadalayıb, bunların kifayət qədər qidalanmama (arıqlama, boy artımı və çəki azlığı), vitamin və ya mineral çatışmazlığı, artıq çəki, piylənmə və bununla bağlı qeyri-infeksion xəstəliklər olduğunu bildirib. Qeyd edib ki, 5 yaşa qədər uşaqlarda ölüm hallarının demək olar ki, yarısı qidalanma ilə bağlıdır. Bu halların əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə baş verir.

Alim qida təhlükəsizliyinin qidalanma və ərzaq təhlükəsizliyi ilə ayrılmaz şəkildə bağlı olduğunu deyib: “Hər il təqribən 600 milyon insan, dünya üzrə təxminən hər 10 nəfərdən biri çirklənmiş qidaları qəbul etdikdən sonra xəstələnir və 420.000 nəfərə qədər ölüm halı baş verir. Hər il 125.000 insanın ölümünə səbəb olan qida yoluxucu xəstəliklərin yükünün 40%-ni 5 yaşa qədər uşaqlar daşıyır. Qida ilə yoluxan xəstəliklər səhiyyə sistemlərini gərginləşdirməklə və milli iqtisadiyyatlara, turizmə və ticarətə zərər verməklə sosial-iqtisadi inkişafa mane olur”.

Təranə xanım uşaqlarda erkən dövrdə düzgün qidalanmanın gələcək sağlamlıq və koqnitiv inkişaf baxımından əhəmiyyətini vurğulayaraq, Ümumdünya Səhiyyə Təşkilatının önəm verdiyi “ilk 1000 gün” strategiyasına toxunub. O, uşağın sağlam inkişafı və qida çatışmazlığının qarşısının alınması üçün bu dövrdə ana və uşağın qidalanmasının optimallaşdırılmasının, eləcə də onların sağlamlığına hərtərəfli qayğının zəruriliyini xüsusi qeyd edib.

Təqdimat zamanı həmçinin mikrobiotanın uşaqların sağlamlığına təsiri və süni qidaların yaratdığı mənfi nəticələr, genetik modifikasiya olunmuş qidaların potensial riskləri, qida təhlükəsizliyi ilə bağlı qlobal və regional çağırışlar, ekoloji mühitin qidalanma keyfiyyətinə təsiri, eləcə də ölkəmizdə tibb təhsilində bioetikanın tətbiqi kimi aktual və strateji əhəmiyyət daşıyan mövzulara da əhatəli şəkildə toxunulub, dinləyicilərə geniş elmi və praktiki baxış bucağı təqdim edilib.

Qeyd edək ki, konfrans Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub, iştirakçılar 6 DTT (davamlı tibb təhsili) balı ilə qiymətləndirilib. Tədbirin sonunda iştirakçılara rəsmi sertifikatlar təqdim edilib.

FOTOLAR

Uşaq sağlamlığında elmi bilik və etik yanaşmalar müzakirə edildi — 1
Uşaq sağlamlığında elmi bilik və etik yanaşmalar müzakirə edildi — 2
Uşaq sağlamlığında elmi bilik və etik yanaşmalar müzakirə edildi — 3
XƏBƏR LENTİ
16 IYUN 2026
Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 Bütün Xəbərlər