Uçuş cədvəlindəki mümkün dəyişikliklərə qarşı sığorta xidməti istifadəyə verildi

Uçuş cədvəlindəki mümkün dəyişikliklərə qarşı sığorta xidməti istifadəyə verildi
04.12.2025 13:21 Cəmiyyət

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərinə uçuş cədvəlində yarana biləcək gözlənilməz dəyişikliklərə qarşı əvvəlcədən qorunmaq imkanı yaradan DAFAR ("Disruption Assistance For Any Reason") adlı yeni rəqəmsal xidməti istifadəyə verib.

Bu barədə TodayPress TV-yə AZAL-dan bildirilib.

Məlumata əsasən, bu xidmət gecikmə və ya reysin ləğvi kimi hallarda sərnişinlərə operativ dəstəyin göstərilməsini nəzərdə tutur.

DAFAR xidməti AZAL-ın rəsmi veb-saytı və mobil tətbiqində biletin bron edilməsi mərhələsində əlavə seçim kimi təklif olunur. Xidmət səyahət texnologiyaları üzrə qlobal platforma olan HTS ("Hopper Technology Solutions") ilə tərəfdaşlıq çərçivəsində tətbiq edilib.

DAFAR ödənişli əsasda təqdim edilir və xidmətin dəyəri istiqamətdən asılı olaraq dəyişir. Xidmət aktivləşdirildikdən sonra sistem reysin statusunu avtomatik izləyir. Uçuşun 2 saat və ya daha çox gecikməsi, yaxud həmin gün ləğv olunması halında sərnişinə bildiriş göndərilir və aşağıdakı seçim imkanları verilir:

* müəyyən edilmiş limit çərçivəsində əlavə ödəniş etmədən marşrut üzrə uçuş həyata keçirən istənilən aviaşirkətə biletin yenidən bron edilməsi;

* bilet dəyərinin 100% geri qaytarılması və sərnişinin istəyi ilə səyahətin ilkin biletlə davam etdirilməsi.

Yeni xidmətin istifadəyə verilməsinə münasibət bildirən "Azərbaycan Hava Yolları"nın baş kommersiya inzibatçısı Cəmil Manizadə qeyd edib ki, AZAL səyahətçilərin dəyişən ehtiyaclarına uyğun müasir həllərin tətbiqinə xüsusi diqqət yetirir. "Bu tərəfdaşlıq müştəri loyallığının güclənməsinə və sərnişinlər üçün daha çevik, operativ xidmətin təmin edilməsinə imkan yaradacaq".

"Hopper" və HTS-in prezidenti və həmtəsisçisi Dakota Smit isə öz növbəsində bildirib: "Azərbaycan Hava Yolları ilə əməkdaşlıq etməkdən və Avrasiya regionunda sərnişinlər üçün imkanları genişləndirməkdən qürur duyuruq. Fintex həllərimiz sərnişinlər üçün əlavə dəyər yaradır."

Qeyd edək ki, HTS məlumat analitikası və süni intellekt əsaslı texnologiyalar vasitəsilə müasir səyahətçilərə dəstək məqsədilə fintex həlləri hazırlayan aparıcı qlobal səyahət texnologiyaları platformasıdır. Şirkət dünyanın ən böyük bankları, aviaşirkətləri və turizm xidmətləri təminatçıları ilə əməkdaşlıq edir, qiymət dəyişkənliyi və səfər zamanı yarana biləcək dəyişikliklər daxil olmaqla geniş spektr üzrə əlavə məhsullar təqdim edir.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bütün Xəbərlər