Ədliyyə Nazirliyi müsabiqə elan etdi

Ədliyyə Nazirliyi müsabiqə elan etdi
19.05.2025 15:11 Cəmiyyət

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kadr korpusunun açıq müsabiqələr əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

TodayPress TV xəbər verir ki, Hazırda Mərkəzin Müsabiqə Komissiyası tərəfindən aşağıdakı ixtisaslar üzrə vakant olan ştat vahidləri ilə bağlı növbəti açıq müsabiqə elan edilir;

Məhkəmə Ekspertizası Mərkəzində: - inşaat mühəndisliyi, 

Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt regional bölməsində:

- inşaat mühəndisliyi,

Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsində: - kimya,

Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsində: - biologiya.  

Göstərilən ixtisaslar üzrə vəzifələrdə işləmək arzusunda olan, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən, ali təhsilli, zəruri nəzəri və peşə hazırlığına malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər.

Müraciət etmək istəyən şəxslər 2025-ci ilin 14 may tarixindən 14 iyul saat 18:00-dək müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlara təqdim edə bilərlər:

- Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binası (Bakı şəhəri, Xaqani küçəsi, 24, tel: (012) 498-09-71);

- Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi (Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (+99455) 424-58-00);

- Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 316, tel: (+99470) 297-18-11);

- Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsi (Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91), (+99455) 782-61-51);

- Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi (Lənkəran şəhəri, Qala Xiyabani küçəsi 13, tel: (02525) 5-01-36, (+99455) 282-82-85);

- Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt regional bölməsi  (Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 29 cu məhəllə, 7/22, tel: (+99455) 710-25-31).

Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” Mərkəzin rəsmi saytında “İşə qəbul” bölməsində yerləşdirilib.

Bu sənədlər Mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə də təqdim olunacaq.

XƏBƏR LENTİ
30 IYUL 2026
Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Bütün Xəbərlər