“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram şənliyi təşkil olundu

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram şənliyi təşkil olundu
01.01.2026 16:23 Cəmiyyət

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub.

TodayPress TV xəbər verir ki, bayram tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Tədbir uşaqlar üçün əsl bayram ovqatında keçib. Şaxta baba və Qar qızın iştirakı ilə təşkil olunan proqram çərçivəsində uşaqlar şeirlər səsləndirib, mahnılar ifa edib, müxtəlif bədii kompozisiyalarla çıxış edərək bayram sevincini bölüşüblər.

Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, uşaqlar üçün formalaşdırılan sosial-psixoloji mühit, reabilitasiya və inkişafyönümlü xidmət modelləri ilə maraqlanıb, mərkəzin fəaliyyəti ilə bağlı ətraflı məlumat alıblar. Onlar uşaqlarla səmimi ünsiyyət quraraq onların istək və arzuları ilə maraqlanıb, bayram sevincini bölüşüblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi çətin həyat şəraitində olan, valideyn himayəsindən məhrum və risk qrupuna aid uşaqların təhlükəsiz, sağlam və qayğı ilə əhatə olunan mühitdə reabilitasiyasını, sosial adaptasiyasını və cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə fəaliyyət göstərir. Qeyd olunub ki, uşaqların psixososial rifahının gücləndirilməsi və onların gələcək müstəqil həyata hazırlanması mərkəzin əsas prioritetləri sırasındadır.

Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub, onların Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayramları səmimi təbriklərlə qeyd edilib.

Tədbir çərçivəsində Leyla və Arzu Əliyevalar “AzərEnerji” ASC tərəfindən mərkəzin ehtiyacları nəzərə alınaraq hədiyyə edilən avtomaşına da baxış keçiriblər. Qeyd olunub ki, nəqliyyat vasitəsi mərkəzin fəaliyyətinin operativliyinin artırılmasına, uşaqların müxtəlif reabilitasiya və sosial xidmətlərə çıxışının daha səmərəli təşkilinə töhfə verəcək.

Yekunda belə mərkəzlərin işinin gücləndirilməsi və fəaliyyət şəbəkəsinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
30 IYUL 2026
İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Bütün Xəbərlər