TƏHLÜKƏ, RİSK, TƏCRÜBƏ: Yeni sürücülərə harada təlim keçirilməlidir?

TƏHLÜKƏ, RİSK, TƏCRÜBƏ: Yeni sürücülərə harada təlim keçirilməlidir?
24.02.2026 14:45 Cəmiyyət

“İntensiv hərəkət olan küçələrdə təcrübəsiz sürücülərə təlim keçilməsi risk yaradır”.

Bu fikirləri TodayPress TV-yə danışan nəqliyyat eksperti Adil Nəbiyev deyib. 


Onun sözlərinə görə, xüsusilə pik saatlarda, çoxzolaqlı yollarda və mürəkkəb kəsişmələrdə həm şagird, həm təlimçi, həm də digər sürücülər üçün təhlükə artır.

“İlk növbədə mərhələli tədris sistemi tətbiq olunmalıdır. Yeni başlayan sürücü birbaşa sıx şəhər mərkəzinə deyil, əvvəlcə boş və ya az hərəkətli ərazilərdə, sənaye zonalarında, geniş meydançalarda və ya xüsusi təlim poliqonlarında ilkin bacarıqları mənimsəməlidir. Sükan, sürət nəzarəti, ötürmələrin dəyişdirilməsi, dayanma və hərəkətə başlama kimi əsas vərdişlər formalaşmadan intensiv hərəkətə çıxmaq düzgün deyil. Digər məsələ vaxt məhdudiyyətidir. Təlim maşınlarının pik saatlarda mərkəzi küçələrə çıxmasına məhdudiyyət qoyula bilər”. 

Ekspert əlavə edib ki, digər istiqamət təlimçilərin məsuliyyətidir: 

“Təlimçi təkcə maşında oturan şəxs deyil, o, faktiki olaraq təhlükəsizlik zəmanətidir. Pedallı əlavə əyləc sistemi olan təlim avtomobilləri mütləq texniki baxımdan saz vəziyyətdə olmalıdır. Təlimçi marşrutu əvvəlcədən planlaşdırmalı və şagirdin psixoloji vəziyyətini də nəzərə almalıdır. Dördüncü məsələ isə normativ tənzimləmədir. Təlim maşınları üçün xüsusi marşrutların müəyyən edilməsi, təlim icazəsinin mərhələli verilməsi və elektron nəzarət mexanizmlərinin tətbiqi mümkündür. Məsələn, ilkin mərhələni uğurla keçməyən şagird şəhər içi intensiv hərəkətə buraxılmamalıdır”.  

Mütəxəssis vurğulayıb ki, digər sürücülərin də yanaşması önəmlidir. Təlim maşınlarına qarşı aqressiv davranış, siqnal vermə, sıxışdırma yeni sürücüdə panika yaradır və qəza riskini artırır. Bu, həm də yol mədəniyyəti məsələsidir:


"Ən optimal model qapalı meydança və ya az hərəkətli ərazi, orta intensivlikli küçələr, pik saatlar istisna olmaqla mərkəzi yollar, real şəhər trafiki və mürəkkəb yol qovşaqları olmalıdır. Belə mərhələli və planlı sistem həm təlim keyfiyyətini artırar, həm də qəza riskini minimuma endirər".

Qeyd edək ki, avtomobil idarə etmək istəyənlərin bir çoxu təlimlərə üz tuturlar. Bəzi hallarda öyrənənlər hərəkətin sıx olduğu yollara çıxır və qəza təhlükəsi yaradırlar. 

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər