“SİMA İmza” ilə bağlı yenilik

“SİMA İmza” ilə bağlı yenilik
08.10.2025 09:50 Cəmiyyət

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı sayəsində SİMA yeni nəsil rəqəmsal imzanın İnternet Vergi İdarəsinə inteqrasiyası uğurla davam etdirilir.

TodayPress TV xəbər verir ki, artıq sahibkarlar və hüquqi şəxslər üçün vahid vergi bəyannamələrinin göndərilməsi xidmətinə “SİMA İmza” ilə əlçatanlıq təmin olunub. Bununla da sahibkarların və təşkilatların dövlət büdcəsinə ödəməli olduqları bütün vergi öhdəliklərini vahid formada təqdim etməsi üçün nəzərdə tutulmuş rəsmi sənədin “SİMA İmza” ilə göndərilməsi mümkün olub. Qeyd edək ki, bu bəyannamə vasitəsilə vergi ödəyicisi öz fəaliyyətindən əldə etdiyi gəlir və xərclər barədə məlumat verir və həmin məlumat əsasında ödəniləcək vergilər hesablanır.

Bu imkandan faydalanmaq üçün new.e-taxes.gov.az veb-saytında giriş üsulu kimi “SİMA İmza”nı seçmək və mobil tətbiq vasitəsilə təqdim edilən QR kodu “SİMA İmza” tətbiqində skan etmək kifayətdir.

Qeyd edək ki, hazırda vergi ödəyiciləri SİMA rəqəmsal imzanı ödənişsiz əldə etmək imkanına sahibdir. Bunun üçün “SİMA İmza” mobil tətbiqində qeydiyyatdan keçdikdən sonra fərdi sahibkar (hüquqi şəxs) imzasını əldə edərkən 6AYPULSUZ promokodunu daxil etmək kifayətdir. Qeydiyyatdan sonrakı 6 ay müddətində elektron imza üçün heç bir abunə haqqı tələb olunmayacaq.

“SİMA İmza”nın İnternet Vergi İdarəsinə inteqrasiyasına 2023-cü ildə başlanılıb və bu günədək 80-dən çox vergi xidmətinə əlçatanlıq təmin edilib.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Bütün Xəbərlər